“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirmək fikrində deyil.
Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, klub rəhbərliyi də 41 yaşlı forvardın xidmətində maraqlıdır.
Bu üzdən “rossonyerlər” İsveç millisinin üzvünə yeni müqavilə təklif etməyə hazırlaşır. Razılıq əldə olunarsa, İbranın maaşı da azaldılacaq. Hazırda ildə 7 milyon avro alan veteran qolçunun yeni anlaşmaya əsasən illik məvacibi 3 milyon avro olacaq. Keçirilən oyun və vurulan qol sayına görə, bonuslarla birlikdə bu məbləğ 5 milyon avroya qədər yüksələ bilər.
Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm A seriyasında 15 oyun keçirib, 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.