“Sportinq”in futbolçusu Vitorino Antuneş karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat verib.
Bildirilib ki, 34 yaşlı sol cinah müdafiəçisi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycandan təklif alıb. Portuqaliya millisinin sabiq üzvü hətta bu yaxınlarda Bolqarıstan təmsilçisi “Lüdoqorets”in ayda 35 min avroluq maaş təklifini rədd edib.
Vitorino Sportinq klubunu tərk etməyin əleyhinə deyil və gələn təkliflərlə bağlı araşdırmalar aparır. Ancaq istədiyi şərtlər olmasa, növbəti mövsümü də “Sportinq”də keçirəcək.
Qeyd edək ki, Vitorino Antuneşin “Sportinq”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.