Leverkuzenin “Bayer” komandasının sağ cinah müdafiəçisi Ceremi Frimponq “Real”, “Mançester Yunayted” və “Yuventus”un hədəfindədir.
Lent.az bildirir ki, İspaniya mətbuatının yazdığına görə, Almaniya klubunun baş məşqçisi Xabi Alonso futbolçunun daha statuslu komandaya keçməsinə mane ola bilməyəcəyini başa düşür.
Frimponqun “Bayer”lə müqaviləsi 2025-ci ildə başa çatacaq.
Bu mövsüm müdafiəçi komandasının heyətində 21 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Transfermarkt” Frimponqu 25 milyon avro dəyərində qiymətləndirir.