Azərbaycan Premyer Liqası: “Neftçi” yenidən “Dalğa Arena”da
07 avqust 2012 20:02 (UTC +04:00)

Azərbaycan Premyer Liqası: “Neftçi” yenidən “Dalğa Arena”da

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turun görüşləri cümə və şənbə günləri olacaq.

Nəzərdə tutulduğu vaxtdan bir gün sonraya keçirilən “Qarabağ” – “Neftçi” matçı “Dalğa Arena”da baş tutacaq. Bununla da “Neftçi” 4 gün ərzində 2 dəfə bu stadiona baş çəkəcək. Flaqman avqustun 8-də Çempionlar Liqasının III təsnifat mərhələsində görüşəcəyi İsrail “Hapoel”ini “Dalğa Arena”da qəbul edəcək.


10 avqust

19:00. "Bakı" - "Simurq" (Zaqatala)
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu

19:00. "Qəbələ" - "İnter" (Bakı)
Qəbələ. Şəhər stadionu

19:30. "Xəzər Lənkəran" - "Kəpəz" (Gəncə)
Lənkəran. Şəhər mərkəzi stadionu

11 avqust

18:00. AZAL (Bakı) - "Rəvan" (Bakı)
Bakı. “AZAL Arena” stadionu

18:00. "Turan" (Tovuz) - "Sumqayıt"
Tovuz. Şəhər stadionu

20:00. "Qarabağ" (Ağdam) - "Neftçi" (Bakı)
Bakı. “Dalğa Arena” stadionu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar