Azərbaycan – Bəhreyn matçının saatı da dəyişdirildi
07 avqust 2012 18:49 (UTC +04:00)

Azərbaycan – Bəhreyn matçının saatı da dəyişdirildi

Azərbaycan və Bəhreynin futbol üzrə milli komandaları arasında avqustun 15-də keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib. Lent.az-ın məlumatına görə, qarşılaşmanın start fiti saat 18:00-da çalınacaq.

Əslində matç Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirilməli, oyun isə saat 21:00-da başlanmalı idi. Lakin Bəhreyn Futbol Federasiyasının təbii ot örtüklü meydançada oynamaq istəyini nəzərə alan AFFA qarşılaşmanın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkilinə qərar verib. Bu arenada isə süni işıqlandırma sistemi olmadığından, matç gündüz saatlarına salınıb.

Bununla əlaqədar azarkeşlər indiyədək aldıqları biletləri avqustun 13-dən etibarən yenisi ilə dəyişdirə bilərlər. Oyun üçün akkreditasiyadan keçmiş KİV nümayəndələrinin bir qisminə akkreditasiya vəsiqələri artıq verildiyi üçün üzərində oyunun "Dalğa Arena"da keçiriləcəyi əks olunmuş bütün akkreditasiya vəsiqələri etibarlı sayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar