Azərbaycan Premyer Liqasında təcili yardım cərimələri
Lent.az-ın məlumatına görə, Zaqatalanın “Simurq” və Bakının “Rəvan” klubları təcili yardım briqadasının, “İnter” isə öz futbolçularının oyuna gecikmələri səbəbindən sərt cərimələnib.
“Simurq” – “Qəbələ” matçına təcili yardım briqadası 10 dəqiqə, “Rəvan” – “Xəzər Lənkəran” görüşünə təcili yardım briqadası 5 dəqiqə, yanğınsöndürmə briqadası isə 10 dəqiqə gec çatıb. Meydan sahiblərinin hər biri 2 min manat cəriməyə məruz qalıb. “İnter”in oyunçuları isə “Qarabağ”la matça vaxtında çıxmadıqları üçün görüş 6 dəqiq gec başlanıb. Bu isə paytaxt klubuna 3 min manat cərimə bahasına başa gəlib.
Cəzalar bununla bitməyib. “Simurq”u azarkeşləri də 2 min manat ziyana salıb. Onlar 66-cı dəqiqədə meydana kənar əşya atıblar. “Qəbələ” isə 200 manat cərimələnib. Səbəb 84-cü dəqiqədə komandanın futbolçusu Ürfan Abbasovun kobud oyuna görə ikinci sarı vərəqə ilə meydandan qovulmasıdır.

546