Olimpiada-2012: Yelena İsinbayeva 3 qat olimpiya çempionu ola bilmədi
Atletikanın şüvüllə tullanma növü üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayeva 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazana bilməyib. Lent.az-ın məlumatına görə, rusiyalı atlet qadınların mübarizəsində son cəhdində 4,80 metr məsafəyə tullana bilməyib.
Nəticədə o, bürünc medalla kifayətlənib. 30 yaşlı idmançı ilk cəhdində də 4,55 metr hündürlüyə tullanmanı uğursuz yerinə yetirib. Sonra o, 4,65 metr və 4,70 metr hündürlüyün öhdəsindən gəlib. 4,75 metr hündürlükdəki plankanı 2 dəfə yerə saldıqdan sonra İsinbayeva riskə gedərək, 4,80 metr sifariş verib. Lakin bu cəhdi də uğursuz olub.
Qızıl medala AB, təmsilçisi Cennifer Syur, gümüş medala kubalı Yarisley Silva layiq görülüb. Hər iki idmançı 4,75 metr hündürlüyə tullansalar da, 4,80 metrdəki plankanı yerə salıblar. Syur yerinə yetirdiyi cəhdlərin azlığı səbəbindən qızıl medala layiq görülüb.
Qeyd edək ki, Yelena İsinbayeva 2004-cü il Afina və 2008-ci il Pekin olimpiadalarında qızıl medal qazanıb. O, Afinada 4,91 metr, Pekində 5,05 metr nəticə göstərib.

1060