Olimpiada-2012: Qadabadze medal, qalanları final arzusunda
07 avqust 2012 12:12 (UTC +04:00)

Olimpiada-2012: Qadabadze medal, qalanları final arzusunda

Lent.az-ın məlumatına görə, idmançılar atçılıq, triatlon, yelkən idmanı, idman gimnastikası, üzgüçülük, stolüstü tennis, ağırlıqqaldırma, velosiped idmanı, güləş, suyatullanma və atletika növlərində medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçilərindən yalnız yunan-Roma güləşçisi Şalva Qadabadze bu gün medal qazana bilər. 96 kq çəki dərəcəsində çıxış edən Qadabadze mübarizəyə 1/8 finaldan başlayacaq. Bakı vaxtı ilə saat 18:03-də başlanacaq görüşdə Qadabadzenin rəqibi rusiyalı Rüstəm Totrov olacaq.

Əslində ağırlıqqaldıranımız Veliçko Çolakov da medal qazanmaq imkanına malik idi. Lakin 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən bolqarıstanlı legioner məşq vaxtı zədələndiyi üçün saat 23:00-da A qrupunda başlanacaq mübarizədən kənarda qalıb.

Saat 13:54-də Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə seçmə yürüşdə iştirak edəcək. Onun rəqibləri Nelson Henrikes – Fortunato Pakavira (Anqola), Sergey Torres – Xose Karlos Bulnes (Kuba), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Erlon Silva – Ronilson Oliveyra (Braziliya) cütülkləri olacaq. Finişə birinci çatacaq duet avqustun 9-da əsas finalda çıxış edəcək, sonrakı yerlərin sahibləri isə bu gün saat 15:09-da yarımfinal yürüşündə mübarizə aparacaqlar. Yarımfinal yürüşlərində ilk 3 yeri tutacaq cütlüklər də əsas finala çıxacaqlar.

Nəhayət, saat 15:19-da atletimiz Layeş Abdullayeva 5000 metr məsafəyə kross qaçışında iştirak edəcək. Seçmə mərhələdə 36 idmançı iki bərabər yarımqrupa bölünüb. Qaçış nəticəsində ilk “8-liy”ə düşənlər avqustun 10-da keçiriləcək finala yüksələcəklər.

Günün medalları aşağıdakı növlərdə sahiblərini tapacaq:

14:00. Atçılıq idmanı. Qarışıq
15:30. Triatlon. Kişilər
17:00. Yelkən idmanı. Kişilər. “RS:X”
18:00. Yelkən idmanı. Qadınlar. “RS:X”
18:00. İdman gimnastikası. Kişilər. Tir
18:45. İdman gimnastikası. Qadınlar. Tir
19:00. Sinxron üzgüçülük. Duet
19:30. Stolüstü tennis. Qadınlar. Komanda
19:30. Ağırlıqqaldırma. Kişilər. 105 kq-dan yuxarı
19:40. İdman gimnastikası. Kişilər. Paralel qollar
20:25. İdman gimnastikası. Qadınlar. Sərbəst hərəkətlər
19:55. Velotrek. Qadınlar. Omnium
21:25. Velotrek. Qadınlar. Fərdi sprint
22:00. Velotrek. Kişilər. Keyrin
22:25. Yunan-Roma güləşi. 66 kq. Final
22:25. Yunan-Roma güləşi. 96 kq
23:00. Suyatullanma. Kişilər. Tramplin. 3 metr
23:00. Atletika. Kişilər. Hündürlüyə tullanma
23:45. Atletika. Kişilər. Diskatma
01:00. Atletika. Kişilər. Maneələri dəf etməklə qaçış. 100 metr
01:15. Atletika. Kişilər. 1500 metr.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar