Bu, 91 kq-dan yuxarı çəki dərəcəsində yer alan Məhəmmədrəsul Məcidovdur. Məcidov ¼ finalda rusiyalı Məhəmməd Ömərovu 17:14 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Hələlik medalın əyarı dəqiqləşmədiyindən, ümumi medal sıralamasında əksini tapmayıb.
Əvəzində yunan-Roma güləşçimiz Həsən Əliyev medalın bir addımlığında dayanıb. 60 kq çəki dərəcəsində yer alan pəhləvanımız yarımfinalda gürcüstanlı Revaz Laşxiyə, bürünc medal uğrunda görüşdə isə Zaur Kuramaqomedova uduzaraq, mükafatsız qalıb. Daha bir yunan-Roma güləşçimiz Saman Tahmasebi (84 kq) isə elə ilk görüşdəcə gürcüstanlı Vladimir Gegeşidzeyə məğlub olaraq, mübarizəni dayandırıb.
Bununla da ölkəmiz ötən günlə müqayisədə 3 pillə geriləyib. Hazırda Azərbaycan Belçika və Hindistanla birgə 44 – 46-cı yerləri bölüşdürür. Medal qazanan ölkələrin sayı 61-dən 70-ə yüksəlib. Onların arasında ilk medalını əldə edən Türkiyə də var. Qardaş ölkənin yunan-Roma güləşçisi Rza Kayaalp 120 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Siyahıya isə yenə Çin başçılıq edir. Həm medal əyarı, həm də sayında geri qalan ABŞ ikinci pillədədir.
Medal sıralaması:
N | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Çin | 31 | 19 | 14 | 64 |
2 | ABŞ | 29 | 15 | 19 | 63 |
3 | Böyük Britaniya | 18 | 11 | 11 | 40 |
4 | Cənubi Koreya | 11 | 5 | 6 | 22 |
5 | Fransa | 8 | 9 | 9 | 26 |
6 | Rusiya | 7 | 17 | 18 | 42 |
7 | İtaliya | 7 | 6 | 4 | 17 |
8 | Qazaxıstan | 6 | 0 | 1 | 7 |
9 | Almaniya | 5 | 10 | 7 | 22 |
10 | Macarıstan | 4 | 1 | 3 | 8 |
11 | KXDR | 4 | 0 | 1 | 5 |
12 | Hollandiya | 3 | 3 | 4 | 10 |
13 | Kuba | 3 | 3 | 1 | 7 |
14 | Belarus | 3 | 2 | 3 | 8 |
15 | Yeni Zelandiya | 3 | 1 | 4 | 8 |
16 | CAR | 3 | 1 | 0 | 4 |
17 | Ukrayna | 3 | 0 | 6 | 9 |
18 | Yaponiya | 2 | 12 | 14 | 28 |
19 | Avstraliya | 2 | 12 | 8 | 22 |
20 | Danimarka | 2 | 4 | 2 | 8 |
20 | Rumıniya | 2 | 4 | 2 | 8 |
22 | Braziliya | 2 | 1 | 5 | 8 |
23 | Polşa | 2 | 1 | 3 | 6 |
24 | İran | 2 | 1 | 1 | 4 |
24 | Yamayka | 2 | 1 | 1 | 4 |
26 | Xorvatiya | 2 | 1 | 0 | 3 |
27 | Efiopiya | 2 | 0 | 2 | 4 |
28 | Kanada | 1 | 3 | 6 | 10 |
29 | İsveç | 1 | 3 | 2 | 6 |
30 | Çexiya | 1 | 3 | 1 | 5 |
31 | Keniya | 1 | 2 | 2 | 5 |
32 | Sloveniya | 1 | 1 | 2 | 4 |
33 | Dominikan Respublikası | 1 | 1 | 0 | 2 |
33 | Gürcüstan | 1 | 1 | 0 | 2 |
33 | İsveçrə | 1 | 1 | 0 | 2 |
36 | Litva | 1 | 0 | 1 | 2 |
37 | Qranada | 1 | 0 | 0 | 1 |
37 | Venesuela | 1 | 0 | 0 | 1 |
39 | Meksika | 0 | 3 | 2 | 5 |
40 | Kolumbiya | 0 | 3 | 1 | 4 |
41 | İspaniya | 0 | 2 | 1 | 3 |
42 | Misir | 0 | 2 | 0 | 2 |
43 | Slovakiya | 0 | 1 | 3 | 4 |
44 | AZƏRBAYCAN | 0 | 1 | 2 | 3 |
44 | Belçika | 0 | 1 | 2 | 3 |
44 | Hindistan | 0 | 1 | 2 | 3 |
47 | Ermənistan | 0 | 1 | 1 | 2 |
47 | İndoneziya | 0 | 1 | 1 | 2 |
47 | Monqolustan | 0 | 1 | 1 | 2 |
47 | Norveç | 0 | 1 | 1 | 2 |
47 | Serbiya | 0 | 1 | 1 | 2 |
47 | Tunis | 0 | 1 | 1 | 2 |
53 | Kipr | 0 | 1 | 0 | 1 |
53 | Estoniya | 0 | 1 | 0 | 1 |
53 | Qvatemala | 0 | 1 | 0 | 1 |
53 | Malayziya | 0 | 1 | 0 | 1 |
53 | Tailand | 0 | 1 | 0 | 1 |
53 | Çin Taypeyi | 0 | 1 | 0 | 1 |
59 | Yunanıstan | 0 | 0 | 2 | 2 |
59 | Moldova | 0 | 0 | 2 | 2 |
61 | Argentina | 0 | 0 | 1 | 1 |
61 | Honq Konq | 0 | 0 | 1 | 1 |
61 | Səudiyyə Ərəbistanı | 0 | 0 | 1 | 1 |
61 | Küveyt | 0 | 0 | 1 | 1 |
61 | Puerto Riko | 0 | 0 | 1 | 1 |
61 | Qətər | 0 | 0 | 1 | 1 |
61 | Sinqapur | 0 | 0 | 1 | 1 |
61 | Trinidad və Tobaqo | 0 | 0 | 1 | 1 |
61 | Türkiyə | 0 | 0 | 1 | 1 |
61 | Özbəkistan | 0 | 0 | 1 | 1 |