Olimpiada-2012: Medal ümidlərimizin rəqibləri açıqlandı – SİYAHI
06 avqust 2012 17:19 (UTC +04:00)

Olimpiada-2012: Medal ümidlərimizin rəqibləri açıqlandı – SİYAHI

Lent.az-ın məlumatına görə, Bu növ üzrə digər reqatalardan fərqli olaraq, olimpiadada hər bir finalda 9 yox, 8 idmançı mübarizə aparacaq.

Əvəzində seçmə və yarımfinal mərhələlərində iştirakçıların sayı az olacaq. Təşkilatçıların əsas məqsədi tamaşaçıların daha çox yürüş izləmələrinə şərait yaratmaqdan ibarətdir. Bu səbəbdən, seçmə və yarımfinal mərhələlərində həm 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin, həm də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Valentin Demyanenkonun rəqibləri 5 – 6 ölkəni təmsil edəcək.

Əvvəlcə mübarizəyə avqustun 7-də Bezuqlıy – Prokopenko dueti başlayacaq. Onların çıxış edəcəkləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüb:

1-ci qrup

1. Aleks Haas – Ceyk Donagey (Avstraliya)
2. Maosinq Huanq – Li Kianq (Çin)
3. Yaroslav Radon – Filip Dvoryak (Çexiya)
4. Peter Kretşmer – Kurt Kuşela (Almaniya)
5. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya)
6. Martsin Qrjibovski – Tomaş Kaçor (Polşa)

2-ci qup

1. Nelson Henrikes – Fortunato Pakavira (Anqola)
2. Sergey Torres – Xose Karlos Bulnes (Kuba)
3. Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya)
4. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN)
5. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus)
6. Erlon Silva – Ronilson Oliveyra (Braziliya)

Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start veriləcək. Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəklər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və həmin gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.

Avqustun 10-da isə Demyanenko start xəttinə çıxacaq. Onun çıxış edəcəyi 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə seçmə mərhələnin 25 iştirakçısı 4 qrupa bölünüb:

1-ci qrup

1. Sebastian Marçak (Avstraliya)
2. Naoya Sakamoto (Yaponiya)
3. Ronilson Oliveyra (Braziliya)
4. Valentin Demyanenko (AZƏRBAYCAN)
5. Matyö Qubel (Fransa)
6. Andrey Yezyerski (İrlandiya)
7. Ceyson Makkumbs (Kanada)

2-ci qrup

1. Nelson Henrikes (Anqola)
2. Riçard Cefferis (Böyük Britaniya)
3. Pyotr Kuleta (Polşa)
4. İvan Ştıl (Rusiya)
5. Sebastian Brendel (Almaniya)
6. Xose Kristobal (Meksika)

3-cü qrup

1. Vadim Menkov (Özbəkistan)
2. Li Kianq (Çin)
3. Denis Xaraja (Belarus)
4. Alfonso Benavides (İspaniya)
5. Lyubomir Haqara (Slovakiya)
6. Rudolf Uilyams (Samoa)

4-cü qrup

1. Xaled Huseyn (Tunis)
2. Aleksandr Dyadçuk (Qazaxıstan)
3. Yevgeni Şuklin (Litva)
4. Yuri Çeban (Ukrayna)
5. Attila Vayda (Macarıstan)
6. Ndiatte Queye (Seneqal)

Mübarizəyə saat 13:51-də start veriləcək. Seçmə yürüşdə 4 qrup içərisində ən zəif nəticəni göstərmiş kanoeçi çıxışını dayandıracaq. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcək və həmin gün saat 15:30-dan etibarən yarımfinal yürüşlərinə qatılacaq. Bu mərhələdə isə hər bir qrupda ilk 2 yeri tutanlar əsas finala, qalanları B və C finallarına çıxacaqlar. Final yürüşləri avqustun 11-də saat 13:47-də başlayacaq.

Qeyd edək ki, həm 3 qat dünya və 4 qat dünya çempionu Valentin Demyanenko, həm də Avropa çempionlarından ibarət Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın medal ümidlərindən sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar