Bəhreyn “Dalğa Arena”ya “yox” dedi
06 avqust 2012 17:08 (UTC +04:00)

Bəhreyn “Dalğa Arena”ya “yox” dedi

Futbol üzrə Azərbaycan və Bəhreyn milli komandaları arasında avqustun 15-də keçiriləcək yoldaşlıq görüşünün stadionu dəyişdirilib. Lent.az-ın məlumatına görə, oyun Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da baş tutmayacaq.

Bəhreyn Futbol Federasiyasından AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi xahiş olunub. Müraciəti nəzərə alan AFFA rəhbərliyi matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkilinə qərar verib.

Oyunun başlama saatında da dəyişiklik olacaq. “Dalğa Arena”dan fərqli olaraq, Bakıxanov qəsəbə stadionunda süni işıqlandırma sistemi yoxdur. Bu səbəbdən, qarşılaşmanın saat 21:00-da deyil, gündüz saatlarında oynanılacağı şübhə doğurmur. Hər halda AFFA oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722

Oxşar yazılar