Olimpiada-2012: Daha 3 medal şansı
06 avqust 2012 11:48 (UTC +04:00)

Olimpiada-2012: Daha 3 medal şansı

Lent.az-ın məlumatına görə, avqustun 6-da atıcılıq, atçılıq, yelkən idmanı, idman gimnastikası, ağırlıqqaldırma, velosiped idmanı, güləş və atletika növlərində mübarizə gedəcək.

Azərbaycan təmsilçilərindən yunan-Roma güləşçiləri Həsən Əliyevlə (60 kq) Saman Tahmasebi (84 kq) medal qazana bilər. Boksçumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə ¼ final görüşündə rusiyalı Maqomed Omarova qalib gəlsə, ən azı bürünc medalı təmin edəcək.

17:45. Atıcılıq. Kişilər. Tüfənglə 3 mövqe. 50 metr.
18:00. Atçılıq. Konkur. Komanda
18:00. Yelkən idmanı. Kişilər. Lazer
18:00. Yelkən idmanı. Qadınlar. “Lazer-radial”
18:00. İdman gimnastikası. Kişilər. Halqa
18:30. Atıcılıq. Kişilər. Trap
18:50. İdman gimnastikası. Qadınlar. Paralel qollar
19:30. Ağırlıqqaldırma. Kişilər. 105 kq
19:40. İdman gimnastikası. Kişilər. Dayaqla tullanma
21:40. Velotrek. Kişilər. Fərdi Sprint
22:25. Yunan-Roma güləşi. 84 kq (Saman Tahmasebi)
22:25. Yunan-Roma güləşi. 60 kq (Həsən Əliyev)
22:25. Yunan-Roma güləşi. 120 kq
23:00. Atletika. Qadınlar. Şüvüllə tullanma
23:15. Atletika. Qadınlar. Nüvə itələmə
00:45. Atletika. Kişilər. Maneələrlə qaçış. 400 metr
01:05. Atletika. Qadınlar. Maneələrlə qaçış. 3000 metr
01:30. Atletika. Kişilər. 400 metr
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar