Olimpiada-2012: Useyn Bolt qızıl medalı yeni rekordla qazandı
Lent.az-ın məlumatına görə, 26 yaşlı idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə final qaçışında birinci yeri tutub.
Finişə 9,63 saniyəyə çatan Bolt yeni olimpiya rekordu müəyyənləşdirib. Gümüş medalı 9,75 saniyə nəticə ilə onun həmyerlisi Yohan Bleyk qazanıb. ABŞ təmsilçisi Castin Qatlin isə 9,79 saniyə göstərici ilə bürünc medala sahib olub.
Qeyd edək ki, bu, Useyn Boltun 4-cü olimpiya çempionluğudur. O, 2008-ci il Pekin olimpiadasında 100 metr, 200 metr məsafələrə fərdi, 4X200 metr məsafəyə isə estafet qaçışında qızıl medal qazanıb. Londonda da eyni yarışlara qatılacaq Boltun aktivində 5 dünya çempionluğu da var.

1035