Premyer Liqa: 5 oyunda 4 heç-heçə - NƏTİCƏLƏR
Lent.az-ın məlumatına görə, ilk turda 6 oyundan 5-i baş tutub.
Avqustun 8-də Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxacaq “Neftçi”nin “Bakı” ilə görüşü təxirə salınıb. Qalan oyunlardan 4-ü isə heç-heçə nəticələnib. Yalnız “Turan” turu Gəncədə “Kəpəz” üzərində qələbə ilə başa vurub. Mövsümün ilk qolu məhz bu oyuna təsadüf edib. 10-cu dəqiqədə “Kəpəz”in gürcüstanlı legioneri İrakli Beraya hesabı açıb. Lakin qonaqlar sonradan 2 qol vuraraq, qələbəyə nail olublar. Matçı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də izləyib.
3 oyunda 1:1 hesablı nəticə qeydə alınıb. Bunlardan biri turun mərkəzi görüşünə təsadüf edib. “Qarabağ” “İnter”lə səfər matçında hesabı açsa da, avtoqolla qələbəni əldən verib. “Simurq” – “Qəbələ” matçında da tərəflər hərəyə 1 dəfə fərqlənib. Bununla yanaşı, qonaqların futbolçusu qırmızı vərəqə alıb. “Xəzər Lənkəran” isə Bakıda “Rəvan”a məğlubiyyətdən Branimir Subaşiçin qolu ilə xilas olmağı bacarıb. AZAL ötən mövsümün autsayderi “Sumqayıt”la matçda hesabı açsa da, sonradan qapısında 2 qol görüb. “Təyyarəçilər”i isə məğlubiyyətdən Zohair Benuahi xilas edib.
4 avqust (şənbə)
“Sumqayıt” – AZAL (Bakı) – 2:2
Qollar: Orxan Əliyev, 44. Pərdiş Fərcad-Azad, 55 – Cavid Tağıyev, 12. Zohair Benuahi, 67
“Kəpəz” (Gəncə) – “Turan” (Tovuz) – 1:2
Qollar: İrakli Beraya, 10 – Qoqi Pipia, 36. Azər Məmmədov, 69
“Simurq” (Zaqatala) – “Qəbələ” – 1:1
Qollar: İlkin Qırtımov, 66 – Deyan Kelhar, 66
Qırmızı vərəqə: Ürfan Abbasov, 84 (“Qəbələ”)
5 avqust (bazar)
“Rəvan” (Bakı) – “Xəzər Lənkəran” – 1:1
Qollar: Salliu Bundu, 10 – Branimir Subaşiç, 55
“İnter” (Bakı) – “Qarabağ” (Ağdam)
Qollar: Admir Teli, 89 – öz qapısına – Muarem Muarem, 37

646