Olimpiada-2012: Daha bir bürünc medal
Lent.az-ın məlumatına görə, bu, 74 kq çəki dərəcəsində çıxış edən Emin Əhmədovdur.
26 yaşlı pəhləvanımız mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk rəqibi xorvatiyalı Neven Juqayı asanlıqla keçib – 4:0, 1:0. Ardından güləşçimiz gürcüstanlı Zurabi Datunaşvili ilə üz-üzə gəlib. İlk hissədən 0:3 hesablı məğlubiyyətlə ayrılmasına baxmayaraq, təmsilçimiz sonrakı hissələrdə rəqibinə aman verməyib – 3:0, 4:0. Yarımfinalda Əhmədov Ermənistan güləşçisi Arsen Julfalakyana uduzub – 0:2, 0:3. Bununla belə, pəhləvanımız bürünc medal uğrunda təsəlli görüşünə çıxıb. Onun rəqibi isə belaruslu Aleksandr Kikinyov olub. İlk hissədə Kikinyov qalib gəlib – 2:0. İkinci hissədə Əhmədov parterə düşən rəqibini başı üzərindən çevirərək, eyni hesablı qələbə əldə edib. Görüşün taleyi isə üçüncü hissədə həll olunub. Püşklə parter vəziyyətinə yenə belaruslu pəhləvan düşüb. Güləşçimiz rəqibini yenə başı üzərindən çevirib və xal alıb. Mübarizənin davamında Kikinyov da xal aldığını iddia edib. Hətta Belarus millisinin əslən azərbaycanlı baş məşqçisi Kamandar Məcidov hakimin qərarına apellyasiya verib. Lakin şikayət qəbul olunmayıb.
Beləliklə, Emin Əhmədov qalib elan olunub. Məğlubiyyətini həzm edə bilməyən Aleksandr Kikinyov isə onu yanına dəvət edən hakimə rədd cavabı verib. Bununla da Azərbaycanın gün ərzində mübarizəyə başlayan hər iki yunan-Roma güləşçisi medal qazanıb. Bununla da ölkəmizin aktivindəki medalların sayı 3-ə yüksəlib. Daha öncə yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) gümüş, ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) isə bürünc medala sahib olub.

1139