Olimpiada-2012: Maykl Felpsdən 21-ci medal
04 avqust 2012 14:53 (UTC +04:00)

Olimpiada-2012: Maykl Felpsdən 21-ci medal

ABŞ üzgüçüsü Maykl Felps karyerasında 21-ci olimpiya medalını qazanıb. Lent.az-ın məlumatına görə, 27 yaşlı idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qızıl medala sahib olub.

O, finişə 51,21 saniyəyə çatıb. Gümüş medalları Felpsdən 0,23 saniyə geri qalmış rusiyalı Yevgeni Korotışkinlə CAR təmsilçisi Çad le Klo əldə edib.

İndi məşhur üzgüçünün hesabında 17 qızıl, 2 gümüş, 2 bürünc medal var. O, olimpiadalarda mükafat sayında bütün dövrlərin rekordçusudur. Felps daha bir medalı kompleks üzgüçülük növündə 4X100 metr məsafəyə estafet yarışında qazana bilər.

Qeyd edək ki, Maykl Felps ilk dəfə olimpiadada Afina-2004-də debüt edib. Həmin vaxt 6 qızıl, 2 bürünc medal qazanan Felps Pekin-2008-də 8 qızıl, London-2012-də isə 5 qızıl, 1 gümüş medala sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar