Olimpiada-2012: Türkiyənin voleybol və basketbol yığmaları ¼ finala yüksəlib
0
0
Türkiyənin qadınlardan ibarət voleybol və basketbol yığmalarını 2012-ci il London Yay Olimpiya Oyunlarında ¼ finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, bu münasibətlə qardaş ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğan təbriklərini çatdırıb.
Hər iki komanda son turun nəticələrindən asılı olmayaraq, öz qruplarında 6 yığma arasında ən azı 4-cü yeri təmin edib. Basketbol millisi 4-cü turda Çinə 82:55 hesabı ilə qalib gəlib və 7 xalla 3-cü pilləyə yüksəlib. Voleybol yığması isə Cənubi Koreyanı 3:2 hesabı ilə yenib və 6 xalla 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, son turun görüşləri avqustun 5-də keçiriləcək.