Olimpiada-2012: Daha 25 dəst medal sahibini gözləyir - SİYAHI
04 avqust 2012 12:29 (UTC +04:00)

Olimpiada-2012: Daha 25 dəst medal sahibini gözləyir - SİYAHI

Lent.az-ın məlumatına görə, bu gün Azərbaycan yığmasının yalnız 1 medal qazanmaq imkanı olacaq.

Həmin medala 94 kq çəki dərəcəsində yer alan İntiqam Zairov iddialıdır. Zairovun çıxış edəcəyi A qrupunda mübarizəyə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Camal Rəhimov saat 12:30-da atçılığın konkur növü üzrə seçmə mərhələ yarışlarına qatılacaq. Saat 15:00-da isə akademik avarçəkənimiz Nataliya Mustafayeva 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşdə B finalında (7-12-ci yerlər) çıxış edəcək.

13:00. Triatlon. Qadınlar
13:30. Akademik avarçəkmə. Qadınlar. 1 nəfərlik qayıq
13:30. Akademik avarçəkmə. Kişilər. 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıq
14:00. Akademik avarçəkmə. Qadınlar. 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıq
14:30. Akademik avarçəkmə. Kişilər. 4 nəfərlik təkavarlı qayıq
16:45. Atıcılıq. Qadınlar. Tapança ilə 3 mövqedən atış. 50 metr
17:30. Badminton. Qadınlar. Qoşa mübarizə
17:30. Badminton. Qadınlar. Fərdi mübarizə
19:00. Tennis. Kişilər. Qoşa mübarizə
19:00. Tennis. Qadınlar. Fərdi mübarizə
19:00. Atıcılıq. Qadınlar. Trap
19:25. Batutla tullanma. Qadınlar
19:30. Ağırlıqqaldırma. Kişilər. 94 kq (İntiqam Zairov)
21:00. Atletika. Kişilər. 20 km məsafəyə yeriş
21:45. Velotrek. Qadınlar. İzləmə üsulu ilə komanda yürüşü
23:15. Qılıncoynatma. Qadınlar. Şpaqa. Komanda
23:30. Atletika. Qadınlar. Diskatma
23:30. Üzgüçülük. Qadınlar. Sərbəst üsulla. 50 metr
23:40. Üzgüçülük. Kişilər. Sərbəst üsulla. 1500 metr
23:55. Atletika. Kişilər. Uzununa tullanma
00:15. Üzgüçülük. Qadınlar. Kombinə estafet. 4X100 metr
00:30. Üzgüçülük. Kişilər. Kombinə estafet. 4X100 metr
00:35. Atletika. Qadınlar. Yeddinövçülük
01:15. Atletika. Kişilər. 10 000 metr
01:55. Atletika. Qadınlar. 100 metr
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar