Olimpiada-2012: Gürcü idmançı Londondan qaçıb
03 avqust 2012 14:40 (UTC +04:00)

Olimpiada-2012: Gürcü idmançı Londondan qaçıb

Lent.az-ın məlumatına görə, Şukvani ölkənin idman nazirinin müavini Giya Udesianinin fiziki təzyiqinə məruz qalacağından ehtiyatlanıb.

60 kq çəki dərəcəsində çıxış etmiş idmançı keçirdiyi mətbuat konfransında deyib: “Mən müxalif “Gürcü arzusu” koalisiyası və onun lideri Bidzina İvanişvilinin aktiv tərəfdarıyam. Hələ 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi Gürcüstan nümayəndə heyətinin rəhbəri, idman naziri Lado Vardzelaşvili və onun müavini Qiya Udesianiyə demişdim ki, olimpiya çempionu olsam, medalımı Gürcüstan müxalifətinə həsr edəcəyəm”.

İdmançının sözlərinə görə, Londonda olduqları ilk gündən nümayəndə heyəti rəhbərləri tərəfindən ona mənəvi təzyiq göstərilib. Xüsusən, siyasi baxışları ilə əlaqədar idman naziri Udesianini senzuradankənar sözlərlə təhqir edib: “İkinci görüşümdə layiq olmadığım məğlubiyyətdən sonra dedilər ki, Olimpiya Kəndində məni Udesiani və 10 dostu gözləyir. Onların məqsədi mənə fiziki təzyiq göstərməkdir. Bu səbəbdən, xorvatiyalı dostumun köməyilə gizlicə Londondan Tiflisə qayıtmalı oldum”.

“Gürcü arzusu” koalisiyasının mətbuat katibi Mayya Pancikidze isə bildirib ki, Gürcüstan idmançıları arasında yalnız Şukvaninin olimpiadadakı çıxışı ölkə televiziyası vasitəsilə göstərilməyib: “Bu fakt hazırkı rəhbərliyin idman sahəsinə müdaxiləsini təsdiqləyən klassik nümunədir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar