FİFA-nın çəkiliş qrupu Azərbaycanda
Lent.az-ın məlumatına görə, iyulun 27-dən ölkəmizdə olan qrup avqustun 5-dək şəhər profili çəkilişlərini həyata keçirəcək.
Nümayəndə heyəti paytaxtda tarixi yerləri, müasir tikililəri, muzeylər və ümumi Bakı həyatını, günəşin Xəzərdən doğuşunu və s. lentə alıb. Onlar avqustun 1-də çempionat oyunlarına ev sahibliyi edəcək digər şəhərə - Lənkərana yola düşüblər. Burada da Lənkəranın zəngin təbiətini, sadə həyatını, rəngarəng mətbəxi və mədəniyyətini lentə alıblar.
Qeyd edək ki, FIFA çəkiliş qrupu 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının keçiriləcəyi Bakı və Lənkəran şəhərlərinin qısa tanıtım çarxlarını hazırlamaq üçün ölkəmizdədir. Bakı və Lənkəranın ümumi simasını nümayiş etdirən tanıtım çarxları hər iki şəhər üçün ayrı-ayrı hazırlanıb. Çarxlar www.fifa.com web-səhifəsi, eləcə də çempionat oyunlarından əvvəl və fasilələr zamanı televiziya vasitəsilə yayımlanacaq.

682