Olimpiada-2012: 22 dəst medal sahibini tapacaq
03 avqust 2012 12:17 (UTC +04:00)

Olimpiada-2012: 22 dəst medal sahibini tapacaq

Lent.az-ın məlumatına görə, bu medallardan yalnız 1-i Azərbaycan təmsilçisinə qismət ola bilər.

Bunun üçün akademik avarçəkənimiz Aleksandr Aleksandrov Bakı vaxtı ilə saat 16:30-da start götürəcək 1 nəfərlik qayıqla 2000 metr məsafəyə əsas final yürüşündə ilk “3-lüy”ə düşməyi bacarmalıdır. 1-ci yürüş zolağında yer alacaq Aleksandrovun rəqibləri Lassi Karonen (İsveç), Andrey Sinek (Çexiya), Meyh Drizdeyl (Yeni Zelandiya), Alan Kempbell (Böyük Britaniya) və Marsel Hakker (Almaniya) olacaq.

Saat 16:45-də isə Dmitri Marşin atletikanın çəkicatma növündə mübarizəyə qoşulacaq. Seçmə mərhələdə A qrupunda yer alan Marşinin 19 rəqibi olacaq. Finala yüksələcəyi halda, o, avqustun 5-də medallar uğrunda mübarizə aparacaq.

Günün medal uğrunda yarışları:

13:30. Akademik avarçəkmə. 1 nəfərlik qayıq (Aleksandr Aleksandrov)
14:00. Ağırlıqqaldırma. Kişilər. 85 kq
14:10. Akademik avarçəkmə. Kişilər. 4 nəfərlik qoşa avarlı qayıq
14:20. Akademik avarçəkmə. Kişilər. 2 nəfərlik təkavarlı qayıq
14:30. Akademik avarçəkmə. Qadınlar. 2 nəfərlik qoşa avarlı qayıq
16:00. Atıcılıq. Kişilər. Tüfənglə oturaraq. 50 metr
16:30. Ağırlıqqaldırma. Qadınlar. 75 kq
17:30. Badminton. Qarışıq mübarizə
18:30. Atıcılıq. Kişilər. Tapança ilə. 25 metr
19:25. Batutdan tullanma. Kişilər
19:40. Oxatma. Kişilər. Şəxsi birincilik
20:00. Cüdo. Qadınlar. 78 kq-dan yuxarı
20:10. Cüdo. Kişilər. 100 kq-dan yuxarı
21:55. Velotrek. Kişilər. İzləməklə komanda yürüşü
22:40. Velotrek. Kişilər. Keyrin
22:45. Qılıncoynatma. Kişilər. Sablya. Komanda
23:30. Üzgüçülük. Qadınlar. Kürəyi üstə. 200 metr
23:40. Üzgüçülük. Kişilər. Batterflay. 100 metr
23:45. Üzgüçülük. Qadınlar. Sərbəst üsulla. 800 metr
00:10. Üzgüçülük. Kişilər. Sərbəst üsulla. 50 metr
00:30. Atletika. Kişilər. Nüvə atma
01:25. Atletika. Qadınlar. 10 min metr məsafəyə qaçış.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar