Olimpiada-2012: Mustafayeva Aleksandrov kimi çıxış edə bilmədi
Azərbaycanın qadın akademik avarçəkəni Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarında əsas finala yüksələ bilməyib. Lent.az-ın məlumatına görə, 27 yaşlı idmançı yarımfinalda ilk “3-lüy”ə düşməyi bacarmayıb.
1 nəfərlik qayıqla (W1X) çıxış edən Mustafayeva avqustun 2-də 2000 metr məsafəyə yürüşdə isveçli Frida Svensson, ABŞ təmsilçisi Cenevra Stoun, çinli Siuyun Çanq, danimarkalı Fie Udbi Eriksen və yeni zelandiyalı Emma Tviqqlə mübarizə aparıb. Yürüşün əvvəllərində avarçəkənimiz rəqiblərindən elə də geridə olmayıb. Hətta 500 metrlik bölümü o, 1 dəqiqə 52,27 saniyəyə 3-cü yerdə qət edib. Bu zaman Eriksen ondan 0,67 saniyə, Çanq isə 0,25 saniyə öndə olub. Lakin növbəti bölümdə Mustafayeva bütün rəqiblərinin gerisinə düşüb. 1000 metr məsafəni 3 dəqiqə 54,86 saniyəyə geridə qoyduğu vaxt təmsilçimiz liderdən 6,15 saniyə, 1500 metrlik bölümdə 13,5 saniyə, finişdə isə 22,5 saniyə geridə qalıb.
Nəticədə əsas finala ilk 3 yeri tutan Eriksen (7:44.33), Çanq (7:45.58) və Tviqq (7:46.71) yüksəlib. Stoun (7:52.98), Svensson (7:54.52) və Mustafayeva (8:06.83) isə 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edəcəklər. Avarçəkənimizin qalan rəqibləri digər yarımfinal yürüşündə ilk “3-lüy”ə düşə bilməyən rusiyalı Yuliya Levina (7:48.95), litvalı Donata Vistartayte (7:56.05) və almaniyalı Mariya-Luisa Dreger (8:01.05) olacaq. Bu yürüşün startı avqustun 4-də yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 15:00-da) veriləcək.
Həmin gün saat 16:30-da isə əsas final yürüşü keçiriləcək. Digər yarımfinal yürüşünü ilk “3-lük”də başa vurmuş çexiyalı Mirka Knapkova (7:42.57), avstraliyalı Kim Krou (7:44.69) və belaruslu Yekaterina Karsten (7:44.94) Eriksen, Çanq və Tviqqlə mübarizə aparacaq.
Qeyd edək ki, kişilərin 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşündə Aleksandr Aleksandrov əsas finalda mübarizə aparacaq. O, avqustun 3-də Bakı vaxtı ilə saat 16:30-da həlledici yürüşə qatılacaq.

697