Olimpiada-2012: Elmar Qasımovun ümidi bürünc medala qaldı
Azərbaycan cüdoçusu Elmar Qasımov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal şanslarını itirib. Lent.az-ın məlumatına görə, 22 yaşlı idmançı 1/4 finalda cənubi koreyalı Hi-Tae Hvanqa uduzub.
Görüş Hvanqın üstünlüyü şəraitində keçib. Qasımov isə əvvəlki görüşlərinə nisbətən sönük təsir bağışlayıb. Bu səbəbdən, ona iki xəbərdarlıq edilib və nəticədə passivinə yuko xalı yazılıb. Sonradan Hvanq fənd işlədərək, daha bir yuko qazanıb. Qalan bölümdə hakim onun özünə xəbərdarlıq etsə də, cüdoçumuz məğlubiyyətdən xilas ola bilməyib.
Qasımov məğlub olsa da, bürünc medal şanslarını qoruyur. Bunun üçün təmsilçimiz iki təsəlli görüşündə qalib gəlməlidir. O, əvvəlcə özbəkistanlı Ramziddin Sayidovu üstələməlidir. Qələbə təqdirində cüdoçumuz yarımfinalda məğlub olanlardan biri ilə qarşılaşacaq.

1358