Olimpiada-2012: Nataliya Mustafayeva dünya çempionlarına qarşı - SİYAHI
Lent.az-ın məlumatına görə, qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışan 27 yaşlı idmançımız start xəttinə yerli vaxtla saat 15:20-də çıxacaq.
6-cı yürüş zolağında yer alacaq Mustafayevanın rəqibləri isveçli Frida Svensson, ABŞ təmsilçisi Cenevra Stoun, çinli Siuyun Çanq, danimarkalı Fie Udbi Eriksen, yeni zelandiyalı Emma Tviqqdir.
Frida Svensson (İsveç) – 18 avqust 1981-ci ildə doğulub. 2011-ci il dünya çempionatında 5-ci yerin sahibi kimi London-2012-yə qatılıb. Əvvəllər Afina-2004 (8-ci yer) və Pekin-2008 (7-ci yer) olimpiadalarında iştirak edib. Nailiyyətləri: Dünya çempionu (2010), dünya çempionatının bürünc (2006), Dünya Kubokunun gümüş (2009), bürünc (2005, 2007, 2010), Avropa çempionatının bürünc (2007, 2010) mükafatçısı. 6 il öncə dünya çempionatında bürünc medalı məhz hazırkı olimpiadanın keçirildiyi “Eton Dorney” Avarçəkmə Mərkəzində əldə edib. London-2012-də seçmə yürüşü 7 dəqiqə 32,61 saniyə nəticə ilə 2-ci, ¼ final yürüşünü 7 dəqiqə 40,64 saniyə göstərici ilə 3-cü yerdə başa vurub.
Cenevra Stoun (ABŞ) – 11 iyul 1985-ci ildə anadan olub. London-2012-yə Yekun Olimpiya Təsnifat Reqatasında 3-cü yerin sahibi kimi qatılıb. İlk dəfə olimpiada həyəcanı yaşayır. Nailiyyətləri: 23 yaşadək akademik avarçəkənlər arasında ikiqat dünya çempionu (2006, 2007). London-2012-də seçmə yürüşü 7 dəqiqə 33,68 saniyə nəticə ilə 3-cü, ¼ final yürüşünü isə 7 dəqiqə 39,67 saniyəyə 2-ci yerdə başa vurub.
Siuyun Çanq (Çin) – 25 fevral 1976-cı ildə doğulub. 2011-ci il dünya çempionatında 4-cü yeri tutduğu üçün London-2012-yə vəsiqə qazanıb. Atlanta-1996 (2 nəfərlik qoşa avarlı qayıqla gümüş medal, 4 nəfərlik qoşa avarlı qayıqla 5-ci yer), Pekin-2008 (4-cü yer) olimpiadalarında iştirak edib. Nailiyyətləri: dünya çempionu (1993 – 4 nəfərlik qoşa avarlı qayıqla), dünya çempionatının gümüş mükafatçısı (1994 – 4 nəfərlik qoşa avarlı qayıqla, 1999 – 2 nəfərlik qoşa avarlı qayıqla), Dünya Kubokunun 3 qat qalibi (2000, 2012 – 2 dəfə), gümüş (1999, 2000 – 4 nəfərlik qoşa avarlı qayıqla, 2007, 2011) və bürünc (1999 – 2 dəfə 4 nəfərlik qoşa avarlı qayıqla, 2000 – 2 nəfərlik qoşa avarlı qayıqla, 2007, 2008, 2009, 2011) mükafatçısı. London-2012-də seçmə yürüşdə 7 dəqiqə 21,49 saniyə, ¼ finalda 7 dəqiqə 39,58 saniyə nəticə ilə 1-ci yeri tutub.
Fie Udbi Eriksen (Danimarka) – 23 aprel 1985-ci ildə anadan olub. London-2012-yə Yekun Olimpiya Təsnifat Reqatasında 2-ci yerin sahibi kimi qatılıb. Olimpiadada ilk dəfə çıxış edir. Karyerası ərzində ən yaxşı nəticəsi – 2010-cu il Avropa çempionatında 4-cü yer. London-2012-də seçmə yürüşü 7 dəqiqə 29,37 saniyə nəticə ilə 2-ci, Mustafayevanın da yer aldığı ¼ final yürüşünü 7 dəqiqə 38,93 saniyəyə 1-ci yerdə başa vurub.
Emma Tviqq (Yeni Zelandiya) – 1 mart 1987-ci ildə anadan olub. Pekin-2008-də (9-cu yer) iştirak edib. Nailiyyətləri: yeniyetmələr (2005) və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu (2007), Dünya Kubokunun qalibi (2011), gümüş (2009 – 2 dəfə, 2010, 2011, 2012), bürünc mükafatçısı (2008 – 2 dəfə, 2010, 2011). London-2012-də seçmə yürüşü 7 dəqiqə 40,24 saniyəyə 1-ci, ¼ final yürüşünü 7 dəqiqə 39,07 saniyəyə 2-ci yerdə başa vurub.
Nataliya Mustafayeva (Azərbaycan) – 11 avqust 1985-ci ildə anadan olub. 2011-ci il dünya çempionatında 7-ci yerin sahibi kimi London-2012-yə qatılıb. Əvvəllər Ukrayna millisinin heyətində Pekin-2008-də (qadınlar arasında 4 nəfərlik qoşa avarlı qayıqla yürüşdə 4-cü yer) iştirak edib. Həmin il Avropa çempionu (qadınlar arasında 4 nəfərlik qoşa avarlı qayıqla) olub. Azərbaycan yığmasının heyətində bu il Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb. London-2012-də seçmə yürüşü 7 dəqiqə 46,01 saniyə nəticə ilə 2-ci, ¼ final yürüşünü 8 dəqiqə 0,26 saniyəyə 3-cü yerdə başa vurub.
Qeyd edək ki, ilk 3 yeri tutacaq avarçəkənlər finala vəsiqə qazanacaqlar. Daha öncə Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) yürüşdə bu vəzifənin öhdəsindən gələ bilib.

812