Olimpiada-2012: Futbolda ¼ finalçılar müəyyənləşdi
02 avqust 2012 14:22 (UTC +04:00)

Olimpiada-2012: Futbolda ¼ finalçılar müəyyənləşdi

2012-ci il London Yay Olimpiadasında kişi futbolçulardan ibarət milli komandaların mübarizəsində ¼ final cütləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, qrup mərhələsində son oyun günündə daha 8 qarşılaşma baş tutub.

A qrupunda Seneqal millisi BƏƏ yığması ilə heç-heçə edib - 1:1. Təşkilatçı Böyük Britaniya yığması Uruqvayı minimal hesabla məğlub edib - 1:0.

B qrupunda Cənubi Koreya Qabonla bacarmayıb - 0:0. Əvəzində Meksika İsveçrəyə 1:0 hesabı ilə qalib gəlib.

C qrupundakı oyunlar məhsuldarlığı ilə yadda qalıb. Misir Belarusu 3:1, Braziliya Yeni Zelandiyanı 3:0 hesabı ilə məğlub edib.

D qrupunda baş tutan hər 2 görüşdə hesab açılmayıb. Yaponiya Hondurasla, İspaniya Mərakeşlə “sülh”ə razılaşıb - 0:0.

Beləliklə, ¼ final matçlarında bu komandalar üz-üzə gələcəklər:

Böyük Britaniya – Cənubi Koreya
Braziliya – Honduras
Meksika – Seneqal
Yaponiya – Misir

Oyunlar avqustun 4-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar