Olimpiada-2012: 53 idmançımızdan 20-si çıxışlarını başa vurdu - SİYAHI
Lent.az-ın məlumatına görə, 5-ci yarış günündə daha 4 təmsilçimiz medalsız qalıb.
Bunlar cüdoçumuz Elxan Məmmədov (90 kq), boksçumuz Məhəmməd Əbdülhəmidov (56 kq), güllə atıcımız İradə Aşumova, velosipedçimiz Yelena Çalıx və sablyaçımız Səbinə Mikinadır.
İndiyədək yalnız ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) medal qazana bilib. Ona bürünc medal qismət olub. Digər ağırlıqqaldıranlarımızdan Boyanka Kostova (58 kq) 5-ci, Sərdar Həsənov (69 kq) 8-ci yeri tutub, Əfqan Bayramov (69 kq) isə sifariş verdiyi çəki dərəcəsinin öhdəsindən gələ bilməyib. Cüdoçularımızdan Tərlan Kərimov (66 kq) 7-ci yeri tutub, İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) elə ilk görüşündəcə uduzub, Rüstəm Orucov (73 kq) və Ramilə Yusubova (63 kq) isə ikinci görüşündə məğlubiyyətlə üzləşib. Boksçularımızdan Elvin Məmişzadə (52 kq), Vətən Hüseynli (81 kq) və Heybətulla Hacıəliyev (64 kq) də ilk döyüşdəcə uduzublar.
İdman gimnastımız Şakir Şıxəliyev təsnifat mərhələsində 40-cı yeri tutub və finala yüksələ bilməyib.
Oksana Hətəmxanova 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında yarımfinala çıxmağı bacarmayıb.
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına Azərbaycanın 53 idmançısı yollanıb.

704