Cüdoçumuz Elxan Məmmədov (90 kq) ilk döyüşünü qələbə ilə başa vurduqdan sonra 1/8 finalda məğlubiyyətlə üzləşib. Güllə atıcımız İradə Aşumova 25 metr məsafəyə atəş açmada finala yüksələ bilməyib. O, təsnifat mərhələsini 578 xalla 23-cü pillədə başa vurub. Veloşosse yarışında çıxış edən Yelena Çalıx 20-ci yerlə kifayətlənib. Qılıncoynatmanın sablya növündəki Səbinə Mikina isə ilk görüşündən qalib ayrılsa da, 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Boksçumuz Məhəmməd Əbdülhəmidov (56 kq) yapon rəqibi ilə görüşüb. Əbdülhəmidov hakimlərin qərarı ilə qalib elan olunsa da, sonradan onun qələbəsi əlindən alınıb. Səbəb kimi isə onun 3-cü raundda 6 dəfə yerə yıxılması göstərilib və boksçumuza texniki noktaun verilib.
Əvəzində akademik avarçəkənimiz Aleksandr Aleksandrov, eləcə də boksçularımız Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) ilk görüşlərindən qalib ayrılaraq, ¼ finala yüksəliblər.
Növbəti medalsız gün Azərbaycanı daha 5 pillə geri salıb. Hazırda ölkəmiz 1 bürünc medalla 39 – 49-cu yerləri bölüşdürür. Çin isə həm medal əyarı, həm də medal sayında vahid liderliyi ələ alıb. Hələlik 302 dəst medaldan 73-ü sahibini tapıb.
Medal sıralaması:
N | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Çin | 17 | 9 | 4 | 30 |
2 | ABŞ | 12 | 8 | 9 | 29 |
3 | Cənubi Koreya | 6 | 2 | 4 | 12 |
4 | Fransa | 5 | 3 | 5 | 13 |
5 | KXDR | 4 | 0 | 1 | 5 |
6 | Almaniya | 3 | 8 | 2 | 13 |
7 | İtaliya | 3 | 4 | 2 | 9 |
8 | Qazaxıstan | 3 | 0 | 0 | 3 |
9 | Yaponiya | 2 | 4 | 11 | 17 |
10 | Rusiya | 2 | 4 | 5 | 11 |
11 | Böyük Britaniya | 2 | 3 | 4 | 9 |
12 | Macarıstan | 2 | 1 | 1 | 4 |
13 | Ukrayna | 2 | 0 | 4 | 6 |
14 | CAR | 2 | 0 | 0 | 2 |
15 | Avstraliya | 1 | 6 | 2 | 9 |
16 | Rumıniya | 1 | 3 | 2 | 6 |
17 | Braziliya | 1 | 1 | 1 | 3 |
17 | Hollandiya | 1 | 1 | 1 | 3 |
19 | Gürcüstan | 1 | 0 | 0 | 1 |
19 | Litva | 1 | 0 | 0 | 1 |
19 | Sloveniya | 1 | 0 | 0 | 1 |
19 | Venesuela | 1 | 0 | 0 | 1 |
23 | Kolumbiya | 0 | 2 | 1 | 3 |
23 | Kuba | 0 | 2 | 1 | 3 |
25 | Meksika | 0 | 2 | 0 | 2 |
26 | Kanada | 0 | 1 | 5 | 6 |
27 | İndoneziya | 0 | 1 | 1 | 2 |
27 | Norveç | 0 | 1 | 1 | 2 |
29 | Çexiya | 0 | 1 | 0 | 1 |
29 | Danimarka | 0 | 1 | 0 | 1 |
29 | Misir | 0 | 1 | 0 | 1 |
29 | İspaniya | 0 | 1 | 0 | 1 |
29 | Polşa | 0 | 1 | 0 | 1 |
29 | İsveç | 0 | 1 | 0 | 1 |
29 | Tailand | 0 | 1 | 0 | 1 |
29 | Çin Taypeyi | 0 | 1 | 0 | 1 |
37 | Yeni Zelandiya | 0 | 0 | 2 | 2 |
37 | Slovakiya | 0 | 0 | 2 | 2 |
39 | AZƏRBAYCAN | 0 | 0 | 1 | 1 |
39 | Belçika | 0 | 0 | 1 | 1 |
39 | Belarus | 0 | 0 | 1 | 1 |
39 | Yunanıstan | 0 | 0 | 1 | 1 |
39 | Hindistan | 0 | 0 | 1 | 1 |
39 | Moldova | 0 | 0 | 1 | 1 |
39 | Monqolustan | 0 | 0 | 1 | 1 |
39 | Qətər | 0 | 0 | 1 | 1 |
39 | Sinqapur | 0 | 0 | 1 | 1 |
39 | Serbiya | 0 | 0 | 1 | 1 |
39 | Özbəkistan | 0 | 0 | 1 | 1 |