Çempionlar Liqası: “Neftçi” qorxaq oyunla darmadağın oldu
Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu İsraildə Kiryat-Şmona şəhərini təmsil edən “Hapoel”in qonağı olub.
Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0. “Neftçi” ilk yarının əvvəllərində rəqibinə müqavimət göstərməyi bacarsa da, təhlükəli hücumlarını məntiqi sonluqla yekunlaşdıra bilməyib. Gürcüstan “Zestafoni”si ilə əvvəlki oyunlarda inamlı təsir bağışlamış Flavinyo, Cavid İmamverdiyev isə bu dəfə imkanlarından aşağı səviyyədə çıxış ediblər. Bu səbəbdən, hər iki futbolçu ikinci yarıda əvəzlənməli olublar. Flaqman müdafiədə də inamsız təsir bağışlayıb. Bununla belə, “Hapoel” ilk qolu 42-ci dəqiqədə vurub. “Neftçi”nin müdafiəçisi İqor Mitreski rəqib hücumçunu yıxdığı üçün hakim penalti təyin edib. Barak Badaş bu imkanı boşa verməyib – 1:0.
Fasilədən sonra Azərbaycan çempionunun müdafiəsində səhvlər bir-birini əvəz etməyə başlayıb. 52-ci dəqiqədə Şimon Abihazira qapıçı Rauf Mehdiyevlə təkbətək çıxıb və topu onun başı üzərindən tora göndərib. Brayan Gerjiçiçin 70-ci və 76-cı dəqiqələrdə vurduğu sonrakı iki qol isə məhz Mehdiyevin çıxışda yol verdiyi kobud səhv nəticəsində qeydə alınıb.
Beləliklə, “Hapoel” Çempionlar Liqasının “pley-off” mərhələsinə vəsiqəni elə ilk döyüşdəcə böyük ölçüdə təmin edib. “Neftçi” isə indidən Avropa Liqasının “pley-off” oyununa hazırlaşa bilər.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 8-də Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da olacaq.

795