Daha bir boksçumuz növbəti mərhələdə
02 avqust 2012 01:55 (UTC +04:00)

Daha bir boksçumuz növbəti mərhələdə

London Olimpiadasında ölkəmizi təmsil edən növbəti idmançılar yarışda iştiraka başlayıblar.

Boks turnirində çəkisi 56 kiloqramadək olan idmançıların yarışında Məhəmməd Abdulhəmidov yarışa 1/8 finaldan başlayaraq Satoşi Şimizu (Yaponiya) ilə üz-üzə gəlib.

Həmyerlimiz ilk raundda 4:2, ikincidə 8:3 qalib gəlsə də, üçüncü raundda 10:12 hesabı ilə məğlub olub. Beləliklə, ümumu hesabda Abdulhəmidov 22:17 qalib gələrək, Olimpiadada növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bundan əvvəl Soltan Migitinov və Məhəmmədrəsul Məcidov da 1/4 finala yüksəliblər.

APA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar