“Bakı” yunanıstanlı hücumçu transfer etdi
01 avqust 2012 22:47 (UTC +04:00)

“Bakı” yunanıstanlı hücumçu transfer etdi

“Bakı” klubu növbəti futbolçu transferini həyata keçirib. Lent.az-ın məlumatına görə, paytaxt təmsilçisi yunanıstanlı hücumçu Vangelis Mantsiosla 1 ilik müqavilə imzalayıb.

Mantsios peşəkar karyerasına “Panionios” da başlayıb. 4 mövsüm (2001 - 2005) bu klubda çıxış edən hücumçu 70 oyunda 15 qola imza atıb. 2005-ci ildə Yunanıstanın böyük klublarından biri olan “Panatinaikos”a keçən futbolçu 6 il (2011-ci ilə qədər icarə fasilələri ilə birlikdə) ərzində 68 oyun keçirib və qol vurub.

Mantsios 2008-ci ildə Almaniyanın “Ayntraxt” (10 oyun, 1 qol), 2010-cu ildə Cənubi Kiprin “Anortosis” (14 oyun, 9 qol) və 2011-ci ildə Portuqaliyanın “Maritimu” (1 oyun) klublarına icarəyə verilib. 29 yaşlı forvard 2011-2012-ci illər mövsümündə OFİ-nin şərəfini qoruyub. Mantsios ada təmsilçisinin heyətində 22 oyunda 7 qola imza atıb.

Cari mövsümdən etibarən “Bakı”nın heyətinə cəlb olunan Vangelis Mantsiosun boyu 191 sm, çəkisi 81 kiloqramdır. Mantsios 2006-cı ildə Yunanıstan milli komandasının heyətində debüt edib və milli formada 7 oyun keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar