Dünya çempionatının kuboku Azərbaycanı gəzəcək -FOTO
Azərbaycanda futbol üzrə 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatı yaxınlaşdıqca turnirin tanıtım və hazırlıq işləri respublika səviyyəsində davam etdirilir.
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin rəsmi kuboku iyulun 6-da keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən çempionatı Yerli Təşkilat Komitəsinə təqdim olunub.
Rəsmi kubok bir müddət AFFA-nın inzibati binasında, daha sonra isə sponsor və ölkə turlarında geniş ictimaiyyətə təqdim olunacaq. Sponsor turu zamanı rəsmi kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərini gəzərək şirkət müştərilərinə bir addım daha yaxın olacaq. Sonrakı mərhələdə ölkə turuna start veriləcək və beləliklə kubok respublikanın Lənkəran, Gəncə, Sumqayıt və Bakı kimi iri şəhərlərinin əhalisinə təqdim olunacaq. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakıya qayıdacaq. Kubok turu zamanı adıçəkilən şəhərlərdə Top-Top Qız, rəqs qrupları, çempionatın rəsmi dostu Çingiz Mustafayevin və bir sıra tanınmış simaların iştirakı ilə əyləncəli proqramlar təşkil olunacaq, azarkeşlərə Top-Top Qız və rəsmi kubokla şəkil çəkdirmək üçün imkan yaradılacaq.
Turun son günü kubok Dənizkənarı Milli Parkda keçiriləcək geniş konsert proqramı ilə rəsmi açılış mərasiminin keçiriləcəyi Bakıya geri dönəcək.

661