Çempionlar Liqası: “Neftçi” İsrail çempionuna qarşı
Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu İsraildə “Hapoel”in qonağı olacaq.
Hayfa şəhərindəki “Kiryat Eliazer” stadionunda keçiriləcək qarşılaşmanın start fitini Bakı vaxtı ilə saat 21:30-da irlandiyalı baş hakim Alan Kelli səsləndirəcək. Oyun AzTV vasitəsilə canlı yayımlanacaq.
Hər iki komanda Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb. “Neftçi” Gürcüstan “Zestafoni”sini evdə 3:0 hesabı ilə darmadağın etdikdən sonra səfərdə heç-heçəyə nail olub – 2:2. “Hapoel” isə Slovakiyada 0:1 hesabı ilə uduzduğu “Jilina”ya evdə qalib gəlib – 2:0.
Qeyd edək ki, “Neftçi” meydana yenə baş məşqçi Böyükağa Hacıyevsiz çıxacaq. Hazırda müalicə olunan Hacıyevin yoxluğunda flaqmanı oyuna onun köməkçisi Tərlan Əhmədov hazırlayıb. Cavab görüşü avqustun 8-də Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da baş tutacaq.

709