Elçin Zeynalov: “Biz hamımız bu nailiyyətlə fəxr edirik” – MÜSAHİBƏ
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovun Lent.az-a müsahibəsi
- Azərbaycan olimpiadada ilk dəfə təmsil olunduğu akademik avarçəkmə növündə finala yüksəldi. Əvvəlcə bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu, həqiqətən də tarixi nailiyyət, çox gözəl nəticədir. Azərbaycan tarixində ilk dəfə akademik avarçəkmə növündə finalda təmsil olunacaq. Doğrudan da böyük uğurdur. Biz hamımız bununla fəxr edirik. Mən də öz növbəmdə bütün akademik avarçəkmə azarkeşlərini, ümumiyyətlə, idmansevərləri təbrik edir və avqustun 3-də keçiriləcək final yürüşündə Saşaya uğurlar arzulayıram.
- Aleksandrov yarımfinalçılar arasında ən gənci idi. Cəmi 22 yaşında olmasına baxmayaraq, onun finala çıxacağına inanırdınızmı?
- Ümumiyyətlə, Saşa çox perspektivli, çox güclü idmançıdır. Mən burada başqa ölkədən olan idmançıların ona yanaşmasını görürəm. Doğrudan da hamı çox gözəl, dost münasibəti bəsləyir. Diqqət yetirsək, Aleksandrovun finaldakı 5 rəqibinin 4-ü 30 yaşında və daha yuxarıdır. Ümumiyyətlə, akademik avarçəkmə növündə təcrübəlilər daha tez-tez finala yüksəlir, medal qazanırlar. Saşa isə onların arasında ən gəncidir. Rəqiblərdən ən gənci Aleksandrovdan 7 yaş böyükdür. Bu isə o deməkdir ki, Saşanın potensialı böyükdür və inşallah, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında daha təcrübəli və favorit idmançı ola bilər.
- Avqustun 2-də daha bir akademik avarçəkənimiz Nataliya Mustafayeva yarımfinal yürüşünə çıxacaq. Daha təcrübəli – 27 yaşında olan Mustafayevadan nə gözləyirsiniz?
- Mustafayeva təcrübəli və çox peşəkar idmançıdır. O da yarımfinalda çox güclü qrupa düşüb. Ümidvarıq ki, Mustafayeva da gözəl nəticə göstərəcək. Hamımız onun da finala vəsiqə qazanmasını arzulayırıq.
- Avarçəkənlərimizə dəstək hansı səviyyədədir?
- Olimpiadada iştirak edən nümayəndə heyəti üzvlərinin çoxu və turistlər bu gün “Eton Dorney” Avarçəkmə Mərkəzində idilər. Onların hamısı Saşaya azarkeşlik edirdilər. Qeyd etmək istərdim ki, Böyük Britaniya rəsmiləri tərəfindən də akademik avarçəkmə növünə böyük maraq var. Bugünkü yarışlara Böyük Britaniyadan şahzadə Harri, Henri, Uilyam, kraliçanın bacısı, keçmiş baş nazir də qatılmışdı. Eyni zamanda ayrı-ayrı ölkələrin idman nazirləri və federasiya prezidentləri də yürüşləri izləyirdilər. Onların hamısı bir nəfər kimi gənclər və idman naziri Azad Rəhimovu, nümayəndə heyətimizi bu münasibətlə təbrik etdilər.
Elşən MƏMMƏDOV

1113