Olimpiada-2012: Avropa çempionumuz ağırlığa dözmədi
01 avqust 2012 02:09 (UTC +04:00)

Olimpiada-2012: Avropa çempionumuz ağırlığa dözmədi

Lent.az-ın məlumatına görə, əvvəlcə Həsənov “körpücük” üzərinə çıxıb.

B qrupunda yer alan ağırlıqqaldıranımız birdən qaldırmada əvvəlcə 138 kq, sonra 145 kq ağırlığın öhdəsindən gəlib. Lakin o, 150 kq ağırlıqla bacarmayıb. Təkanla qaldırmada isə 27 yaşlı atletimiz əvvəlcə 167 kq, sonra 176 kq ağırlığı ram etsə də, 181 kq-ı başı üzərinə qaldıra bilməyib. İki hərəkətin cəmində 321 kq nəticə göstərən Həsənov B qrupunu 3-cü pillədə tamamlayıb.

Bundan sonra A qrupunda mübarizəyə start verilib. Bu qrupda son Avropa çempionu Əfqan Bayramova böyük ümidlər bəslənilirdi. Lakin o, birdən qaldırmada 142 kq ağırlığın öhdəsindən hər üç cəhddə gələ bilməyib. Nəticədə təkanla qaldırma yarışından da kənarda qalan atletimiz uğursuzluğa düçar olub. Həsənova gəldikdə, A qrupunda da yarışlar tamamlandıqdan sonra 8-ci yeri tutduğu müəyyənləşib.

Qeyd edək ki, daha öncə ağırlıqqaldıranlarımızdan Valentin Xristov (56 kq) bürünc medal qazanıb, Boyanka Kostova (58 kq) isə 5-ci yeri tutub. Avqustun 4-də İntiqam Zairov (94 kq), avqustun 7-də Veliçko Çolakov (+105 kq) “körpücük” üzərinə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar