Olimpiada-2012: Aleksandr Aleksandrov yarımfinalda!
31 iyul 2012 16:11 (UTC +04:00)

Olimpiada-2012: Aleksandr Aleksandrov yarımfinalda!

Lent.az-ın məlumatına görə, 22 yaşlı idmançımız iyulun 31-də baş tutan ¼ final yürüşündə ilk “3-lüy”ə düşdüyü üçün mərhələ adlayıb.

Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov ikinci yürüş zolağında mübarizə aparıb. Onun rəqibləri seçmə yürüşdə qabaqladığı braziliyalı Anderson Noçetti, eləcə də almaniyalı dünya çempionu və son 3 olimpiadanın iştirakçısı Marsel Hakker, böyük britaniyalı, son 2 olimpiadanın iştirakçısı Alan Kempbell, meksikalı Patrik Loliger Salas və cənubi koreyalı Donqyonq Kim olub.

Yürüşün əvvəllərindən Kempbell üstünlüyə yiyələnib. Yerli azarkeşlərin dəstəyilə irəli çıxan böyük britaniyalı avarçəkən 500 metrlik bölümdə 1 dəqiqə 39,88 saniyə nəticə ilə birinci olub. Ondan 0,87 saniyə geri qalan Hakker ikinci, 1 dəqiqə 41,83 saniyə göstəriciyə malik Aleksandrov üçüncü olub. Bu ardıcıllıq sonadək davam edib. 1000 metrlik bölümdə Aleksandrov Hakkerlə saniyə fərqini 0,18-ə, 1500 metrlik bölümdə isə 0,91-ə endirib. Lakin o, nə böyük britaniyalı, nə də almaniyalı rəqibini üstələyə bilib. Nəticədə Kempbell 6 dəqiqə 52,10 saniyə nəticə ilə birinci, Hakker 6 dəqiqə 54,18 saniyə göstərici ilə ikinci, Aleksandrov isə 6 dəqiqə 56,36 saniyə ilə üçüncü yeri tutub. Hər üç avarçəkən yarımfinala yüksəlib. Meksikalı Loliger Salas (7:00,20) 4-cü, cənubi koreyalı Donqyonq Kim (7:16.22) 5-ci, braziliyalı Noçetti (7:17.37) isə 6-cı yeri tutub.

Qeyd edək ki, yarımfinal yürüşləri avqustun 1-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar