Olimpiada-2012: Yusubova da belə getdi...
31 iyul 2012 15:46 (UTC +04:00)

Olimpiada-2012: Yusubova da belə getdi...

Azərbaycanın daha bir cüdoçusu 2012-ci il London Yay Olimpiya Oyunları ilə vidalaşıb. Lent.az-ın məlumatına görə, bu, 63 kq çəki dərəcəsində çıxış edən Ramilə Yusubovadır.

25 yaşlı idmançımız 1/8 finala təsadüf edən ikinci görüşündə cənubi koreyalı Da-Vun Yanqa uduzub. Görüş Yanqın üstünlüyü şəraitində keçib. Yusubova isə passiv çıxışı ilə diqqət çəkib. Bunun nəticəsidir ki, ona əvvəlcə xəbərdarlıq olunub. Sona 1 dəqiqə 12 saniyə qalmış isə koreyalı cüdoçu Yusubovanı yerə yıxıb və 25 saniyə eyni vəziyyətdə saxlayaraq, ipponla qalib gəlib.

Bununla da London olimpiadasında uğursuzluğa düçar olan cüdoçularımızın sayı 6-ya çatıb. Daha öncə İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) mübarizəni dayandırıb. İndi ümid iyulun 1-də mübarizəyə qoşulacaq Elxan Məmmədovla (90 kq) Elmar Qasımova (100 kq) qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar