Elnur Məmmədli kimə uduzdu... – ARAYIŞ - FOTO
İndi hamı 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı Elnur Məmmədlinin ilk görüşdəcə uduzduğu kanadalı Antuan Valua-Fortienin kimliyi ilə maraqlanır. Bununla bağlı Lent.az kiçik araşdırma aparıb.
Məlum olub ki, Valua-Fortienin 22 yaşı var. O, 13 mart 1990-cı ildə Kanadanın Kvebek şəhərində doğulub. O, 29 iyun 1988-ci ildə anadan olmuş olimpiya və ikiqat Avropa çempionumuzdan təqribən 1,5 yaş kiçikdir. Beynəlxalq Cüdo Federasiyasının (İJF) iyulun 24-də açıqladığı son reytinq siyahısında Məmmədli 980 xalla 3-cü pillədə yer aldığı halda, Valua-Fortie 426 xalla 22-ci olub. Cüdoçu indiyədək Kanada çempionatı və beynəlxalq turnir istisna olmaqla, heç bir yarışda qızıl medal qazanmayıb. O, qitə çempionatında 1 gümüş, 2 bürünc, digər reytinqli yarışlarda 4 gümüş, 2 bürünc medala sahib olub.
Məmmədli artıq ikinci olimpiadasına qatıldığı halda, Valua-Fortie ilk dəfə bu həyəcanı yaşayır. Cüdoçumuz 2008-ci ildə Pekində olimpiya çempionu olarkən, kanadalı idmançı öz ölkəsinin çempionatında bürünc medal qazanmaqla məşğul idi. Valua-Fortie ilk titulunu 2010-cu ildə əldə edib. Bu, Kanada çempionluğu olub.
Elşən MƏMMƏDOV

710