Olimpiada-2012: Elnur Məmmədlidən ŞOK məğlubiyyət!
Lent.az-ın məlumatına görə, 2008-ci il Pekin olimpiadasının qalibi iyulun 31-də tatamiyə çıxar-çıxmaz uduzub.
81 kq çəki dərəcəsində yer alan Məmmədli 1/32 final mərhələsindən mübarizəyə başlayıb. 24 yaşlı cüdoçumuzun ilk rəqibi kanadalı Antuan Valua-Fortye olub. Qarşılaşmanın əvvəllərində Valua-Fortyeyə xəbərdarlıq edilib. Bununla belə, əsas vaxtda qalib müəyyənləşməyib. Bu səbəbdən, 3 dəqiqəlik əlavə vaxt təyin olunub. Bu müddətdə Məmmədli xəbərdarlıq alıb. Qalib isə hakimlərin qərarı ilə açıqlanıb. Ədalət təmsilçiləri qələbəni kanadalı cüdoçuya veriblər.
Bununla da Elnur Məmmədli Azərbaycanın ikiqat olimpiya çempionu ola bilməyib.

1423