Olimpiada-2012: Daha 15 dəst medal uğrunda
Lent.az-ın məlumatına görə, Azərbaycan idmançıları iyulun 31-də 4 medal uğrunda mübarizə aparacaqlar.
Cüdoçularımızdan olimpiya çempionu Elnur Məmmədli kişilər arasında 81 kq, Ramilə Yusubova isə qadınlar arasında 57 kq çəki dərəcəsində yarışacaqlar. Bakı vaxtı ilə saat 13:30-da 1/32 finaldan mübarizəyə başlayacaq Məmmədlinin ilk rəqibi kanadalı Antuan Valua-Fortiye, saat 13:44-də 1/16 finalda çıxış edəcək Yusubovanın ilk rəqibi türkmənistanlı Gülnat Hayıtbayeva olacaq.
69 kq çəki dərəcəsində yer alan ağırlıqqaldıranımız Əfqan Bayramovla Sərdar Həsənov da “körpücük” üzərinə çıxacaqlar.
Eyni zamanda akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva ¼ final yürüşlərinə qatılacaqlar. Aleksandrov Bakı vaxtı ilə saat 15:10-da, Mustafayeva saat 16:10-da mübarizə aparacaqlar. İlk 3 yeri tutacaqları halda, onlar yarımfinala yüksələcəklər.
Saat 01:45-də 64 kq çəki dərəcəsində çıxış edən boksçumuz Heybətulla Hacıəliyev rinqə çıxacaq. 1/16 finalda onun rəqibi tunisli Huya Abderrazak olacaq.
Bu gün medallar aşağıdakı növlərdə sahiblərini tapacaq (başlama saatı Bakı vaxtı ilə göstərilib):
14:00. Ağırlıqqaldırma. Kişilər. 69 kq (Əfqan Bayramov, Sərdar Həsənov)
16:30. Ağırlıqqaldırma. Qadınlar. 63 kq
17:00. Atçılıq idmanı. Üçnövçülük. Komanda
18:00. Atıcılıq. Kişilər. Skit
19:00. Suyatullanma. Qadınlar. Qüllə. Sinxron tullanma
19:05. Kanoe-slalom. Kişilər. 1 nəfərlik qayıq
19:40. Atçılıq idmanı. Üçnövçülük. Şəxsi birincilik
20:00. Cüdo. Qadınlar. Final. 63 kq (Ramilə Yusubova)
20:10. Cüdo. Kişilər. Final. 81 kq (Elnur Məmmədli)
20:30. İdman gimnastikası. Qadınlar. Komanda
23:40. Üzgüçülük. Qadınlar. Sərbəst üsulla, 200 metr
23:40. Qılıncoynatma. Kişilər. Rapira. Şəxsi birincilik
23:45. Üzgüçülük. Kişilər. Batterflay. 200 metr
00:40. Üzgüçülük. Qadınlar. Kompleks. 200 metr
00:45. Üzgüçülük. Kişilər. Sərbəst üsulla. 4X200 metr
Qeyd edək ki, indiyədək mübarizəyə qatılmış Azərbaycan idmançılarından 10-u çıxışlarını tam başa vurub. Ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) bürünc medal qazanıb, Boyanka Kostova (58 kq) 5-ci yeri tutub. Cüdoçularımızdan Tərlan Kərimov (66 kq) 7-ci yeri tutub, İlqar Müşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) elə ilk görüşündəcə uduzub, Rüstəm Orucov isə ikinci görüşündə məğlubiyyətlə üzləşib. Boksçularımız Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) ilk döyüşdəcə uduzublar. İdman gimnastımız Şakir Şıxəliyev təsnifat mərhələsində 40-cı yeri tutub və finala yüksələ bilməyib. Oksana Hətəmxanova 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında yarımfinala çıxmağı bacarmayıb.

Oxşar yazılar

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39