Olimpiada-2012: Avarçəkənimiz ikiqat olimpiya, beşqat dünya çempionuna qarşı - SİYAHI
2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Nataliya Mustafayeva iyulun 31-də ¼ final yürüşlərinə qatılacaqlar. Lent.az-ın məlumatına görə, yerli vaxtla saat 11:10-da (Bakı vaxtı ilə saat 15:10-da) çıxacaq.
Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək avarçəkənimiz ikinci yürüş zolağında yer alacaq. İlk zolaqda seçmə yürüşdə Aleksandrovun qabaqladığı braziliyalı Anderson Noçetti mübarizə aparacaq. Almaniyalı Marsel Hakker 3-cü, böyük britaniyalı Alan Kempbell 4-cü, meksikalı Patrik Loliger Salas 5-ci, cənubi koreyalı Donqyonq Kim 6-cı zolaqda yarışacaq.
Anderson Noçetti (Braziliya) – 5 mart 1974-cü ildə doğulub. Latın Amerikası üzrə Olimpiya Təsnifat Reqatasında 5-ci yerin sahibi kimi London-2012-yə qatılıb. Əvvəllər Sidney-2000 (14-cü yer), Afina-2004 (13-cü yer), Pekin-2008 (14-cü yer) olimpiadalarında iştirak edib. Karyerası ərzində ən yüksək nəticə - Dünya Kubokunun mərhələ yarışlarında (2001) 2 bürünc medal. London-2012-də seçmə yürüşü 7 dəqiqə 3,78 saniyə nəticə ilə 4-cü, təsəlli yürüşünü isə 7 dəqiqə 7,17 saniyə göstərici ilə 1-ci pillədə başa vurub.
Aleksandr Aleksandrov (Azərbaycan) – 9 aprel 1990-cı ildə anadan olub. 2011-ci il dünya çempionatında 9-cu pillənin sahibi kimi London-2012-yə qatılır. Karyerasında ilk dəfə olimpiada həyəcanı yaşayır. Əvvəllər Bolqarıstan milli komandasının heyətində çıxış etdiyi vaxt 2 dəfə yeniyetmələr arasında dünya çempionu (2007, 2008), böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı olub. Azərbaycan millisinə keçdikdən sonra Aleksandrov 23 yaşadək akademik avarçəkənlər arasında 2010-cu il dünya çempionatında gümüş, 2012-ci il dünya çempionatında qızıl medal qazanıb. London-2012-də seçmə yürüşü 6 dəqiqə 49,81 saniyə nəticə ilə 2-ci yerdə başa vurub.
Alan Kempbell (Böyük Britaniya) – 9 may 1983-cü ildə doğulub. 2011-ci il dünya çempionatının bürünc mükafatçısı və təşkilatçı Böyük Britaniyanın nümayəndəsi kimi London-2012-yə qatılıb. Əvvəllər Afina-2004 (12-ci yer) və Pekin-2008 (5-ci yer) olimpiadalarında iştirak edib. Dünya Kubokunun mərhələ yarışlarının (2006, 2008, 2009) qalibi olub. London-2012-də seçmə yürüşü 6 dəqiqə 47,62 saniyə nəticə ilə 3-cü pillədə başa vurub.
Marsel Hakker (Almaniya) – 29 aprel 1977-ci ildə doğulub. 2011-ci il dünya çempionatında 4-cü yerin sahibi kimi London-2012-yə qatılır. Sidney-2000 (bürünc medal), Afina-2004 (7-ci yer) və Pekin-2008 (7-ci yer) olimpiadalarında iştirak edib. Titulları – dünya çempionu (2002), Dünya Kubokunun mərhələ yarışlarının qalibi (2001, 2002 – 3 dəfə, 2003 – 3 dəfə, 2005, 2009, 2012). London-2012-də seçmə yürüşü 6 dəqiqə 43,80 saniyə nəticə ilə 1-ci pillədə başa vurub.
Patrik Loliger Salas (Meksika) – 20 iyun 1985-ci ildə anadan olub. Latın Amerikası üzrə təsnifat reqatasında 1-ci yerin sahibi kimi London-2012-yə qatılır. Pekin-2008-də 15-ci yeri tutub. Ən yüksək nəticəsi - 2012-ci Dünya Kubokunun mərhələ yarışında 5-ci yer. London-2012-də seçmə yürüşü 6 dəqiqə 51,78 saniyə nəticə ilə 3-cü pillədə başa vurub.
Donqyonq Kim (Cənubi Koreya) – 12 dekabr 1990-cı ildə anadan olub. Asiya Olimpiya Təsnifat Reqatasında 3-cü yerin sahibi kimi London-2012-yə qatılır. Olimpiadada ilk dəfə çıxış edəcək. Karyerası ərzində ən yaxşı nəticəsi – 2010 və 2011-ci il 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatlarında 14-cü yer. London-2012-də seçmə yürüşü 7 dəqiqə 5,24 saniyə göstərici ilə 4-cü, təsəlli yürüşünü isə 7 dəqiqə 3,91 saniyə nəticə ilə 2-ci pillədə başa vurub.
Bundan 1 saat sonra isə Mustafayeva start xəttinə çıxacaq. 3-cü zolaqda çıxış edəcək Mustafayevanın rəqibləri özündən solda cənubi koreyalı Yeji Kim və yaponiyalı Haruna Sakakibara, sağda isə Yekaterina Karsten, danimarkalı Fie Udbi Eriksen və braziliyalı Kissya da Kosta olacaq.
Yeji Kim (Cənubi Koreya) – 17 noyabr 1994-cü ildə anadan olub. Asiya Olimpiya Təsnifat Reqatasında 2-ci pillənin sahibi kimi London-2012-yə qatılıb. İlk olimpiadasında iştirak edən Kim bu ildən böyüklər arasında yarışlarda mübarizə aparır. Ən yüksək nəticəsi - Dünya Kubokunda 17-ci yer. London-2012-də seçmə yürüşü 8 dəqiqə 4,68 saniyəyə 6-cı, təsəlli yürüşünü isə 7 dəqiqə 50,64 saniyə nəticə ilə 1-ci başa vurub. O, seçmə yürüşdə də Mustafayevanın rəqiblərindən olub.
Haruna Sakakibara (Yaponiya) – 11 mart 1994-cü ildə anadan olub. Asiya Olimpiya Təsnifat Reqatasında 1-ci pillənin sahibi kimi London-2012-yə qatılıb. İlk olimpiadasında iştirak edən Kim bu ildən böyüklər arasında yarışlarda mübarizə aparır. Ən yüksək nəticəsi - Dünya Kubokunda 11-ci yer. London-2012-də seçmə yürüşü 7 dəqiqə 52,98 saniyə nəticə ilə 4-cü başa vurub.
Nataliya Mustafayeva (Azərbaycan) – 11 avqust 1985-ci ildə anadan olub. 2011-ci il dünya çempionatında 7-ci yerin sahibi kimi London-2012-yə qatılıb. Əvvəllər Ukrayna millisinin heyətində Pekin-2008-də (qadınlar arasında 4 nəfərlik qoşa avarlı qayıqla yürüşdə 4-cü yer) iştirak edib. Həmin il Avropa çempionu (qadınlar arasında 4 nəfərlik qoşa avarlı qayıqla) olub. Azərbaycan yığmasının heyətində bu il Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb. London-2012-də seçmə yürüşü 7 dəqiqə 46,01 saniyə nəticə ilə 2-ci yerdə başa vurub.
Yekaterina Karsten (Belarus) – 2 iyun 1972-ci ildə anadan olub. 2011-ci il dünya çempionatının gümüş mükafatçısı kimi London-2012-yə qatılır. Barselona-1992, Atlanta-1996, Sidney-2000, Afina-2004 və Pekin-2008 olimpiadalarında iştirak edib. 2 qat olimpiya çempionu (1996, 2000), 5 qat dünya çempionu (1997, 1999, 2005, 2006, 2007, 2009), 2 qat Avropa çempionu (2009, 2010), Dünya Kubokunun 29 qat sahibi (1997 – 3 dəfə, 1999, 2000 – 2 dəfə, 2001 – 3 dəfə, 2002, 2004, 2005 – 3 dəfə, 2006 – 3 dəfə, 2007 – 3 dəfə, 2008 – 3 dəfə, 2010 – 3 dəfə, 2011 – 2 dəfə, 2012). London-2012-də seçmə yürüşü 7 dəqiqə 30,31 saniyə nəticə ilə 1-ci yerdə başa vurub.
Fie Udbi Eriksen (Danimarka) – 23 aprel 1985-ci ildə anadan olub. London-2012-yə Yekun Olimpiya Təsnifat Reqatasında 2-ci yerin sahibi kimi qatılıb. Olimpiadada ilk dəfə çıxış edir. Karyerası ərzində ən yaxşı nəticəsi – 2010-cu il Avropa çempionatında 4-cü yer. London-2012-də seçmə yürüşü 7 dəqiqə 29,37 saniyə nəticə ilə 2-ci pillədə başa vurub.
Kissya da Kosta (Braziliya) – 25 iyun 1982-ci ildə anadan olub. London-2012-yə Latın Amerikası üzrə Olimpiya Təsnifat Mərhələsində 5-ci yerin sahibi kimi qatılıb. Olimpiadada ilk dəfə çıxış edir. İndiyədək ən yaxşı nəticəsi – Dünya Kubokunun mərhələ yarışlarında (2007, 2012) 9-cu yer. London-2012-də seçmə yürüşü 8 dəqiqə 7,75 saniyə nəticə ilə 4-cü yerdə başa vurub.
Qeyd edək ki, həm Aleksandr Aleksandrov, həm də Nataliya Mustafayeva yarımfinala yüksəlmək üçün ¼ final yürüşündə öz yarımqruplarında ilk “3-lüy”ə düşməyi bacarmalıdır.

870