Olimpiada-2012: Cüdoda daha bir məğlubiyyət
30 iyul 2012 17:03 (UTC +04:00)

Olimpiada-2012: Cüdoda daha bir məğlubiyyət

Azərbaycanın daha bir cüdoçusu 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Lent.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan Rüstəm Orucov çıxışlarını 1/8 finalda başa vurub.

21 yaşlı idmançımız 1/16 finalda CAR təmsilçisi Gideon van Zili ipponla yendiyi halda, növbəti görüşündə rusiyalı Mansur İsayevə uduzub. Qarşılaşmanın sonuna 2 dəqiqə 16 saniyə qalmış İsayev ipponla qalib gəlib. Beləliklə, Rüstəm Orucov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında məhz 73 kq çəki dərəcəsində ölkəmizə yeganə qızıl medalı qazandırmış Elnur Məmmədlinin layiqli davamçışı ola bilməyib.

3-cü yarış günündə Azərbaycan yığmasının medalsız qalan cüdoçularının sayı 4-ə çatıb. Rüstəm Orucovdan öncə İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Kifayət Qasımova (63 kq) da mükafatçılar sırasına düşə bilməyib. Qalan 4 cüdoçumuz – Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) isə qarşıdakı günlərdə tatami üzərinə çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar