Olimpiada-2012: İspaniya yığması qrupda qaldı
30 iyul 2012 12:16 (UTC +04:00)

Olimpiada-2012: İspaniya yığması qrupda qaldı

Lent.az-ın məlumatına görə, böyüklər arasında son iki Avropa çempionatlarının və dünya çempionatının qalibi olimpiadada D qrupundakı ikinci matçını da məğlubiyyətlə başa vurub.

İlk turda Yaponiyaya 0:1 hesabı ilə uduzan İspaniya yığması növbəti matçında Hondurasa da eyni hesabla yenilib. Hesab artıq 7-ci dəqiqədə açılıb: Cerri Benqtson fərqlənib. Qalan müddətdə məğlubiyyəti aradan qaldırmaq mümkün olmayıb. İndi İspaniyanın qrupda yalnız bir oyunu qalıb. Bu, avqustun 1-də Mərakeşə qarşı olacaq. 2 turdan sonra Yaponiyanın 6, Hondurasın 3, Mərakeşin 1, İspaniyanın 0 xalı var. Son turda Honduras Yaponiyaya uduzsa, İspaniya isə Mərakeşi yensə, ¼ finala qrup ikincisi kimi İspaniyanı şəxsi oyunda məğlub etmiş Honduras çıxacaq.

İyulun 29-da keçirilmiş oyunların nəticələri:

A qrupu

Seneqal – Uruqvay – 2:0
Böyük Britaniya – BƏƏ – 3:1

1. Böyük Britaniya – 4 xal
2. Seneqal – 4
3. Uruqvay – 3
4. BƏƏ – 0

1 avqust: Seneqal – BƏƏ, Böyük Britaniya - Uruqvay

B qrupu

Meksika – Qabon – 2:0
Cənubi Koreya – İsveçrə - 2:1

1. Meksika - 4
2. Cənubi Koreya – 4
3. İsveçrə - 1
4. Qabon – 1

1 avqust: Meksika – İsveçrə, Cənubi Koreya – Qabon

C qrupu

Misir – Yeni Zelandiya – 1:1
Braziliya – Belarus – 3:1

1. Braziliya – 6 xal
2. Belarus – 3
3. Misir – 1
4. Yeni Zelandiya – 1

1 avqust: Braziliya – Yeni Zelandiya, Misir – Belarus

D qrupu

Yaponiya – Mərakeş – 1:0
İspaniya – Honduras – 0:1

1. Yaponiya - 6
2. Honduras – 4
3. Mərakeş – 1
4. İspaniya – 0

1 avqust: Yaponiya – Honduras, İspaniya – Mərakeş
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar