Avropa çempionumuz Olimpiya medalına doğru
29 iyul 2012 20:08 (UTC +04:00)

Avropa çempionumuz Olimpiya medalına doğru

Bu gün London-2012-də ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Valentin Xristov (56 kq) podiuma çıxacaq. Apasport.az saytının məlumatına görə, böyük ümidlər bəslənilən 18 yaşlı milliləşdirilmiş legioner A qrupunda qüvvəsini sınayacaq.

Avropa çempionumuz 10 ağırlıqqaldıranla A qrupunda yer aldığından, yarışa Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, olimpiadada ağırlıqqaldırma millimiz 5 kişi və 1 qadın idmançı ilə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar