Tərlan Kərimov 7-ci oldu-YENİLƏNİB
XXX Yay Olimpiya Oyunlarının ikinci günü Azərbaycan millisinin daha bir cüdoçusu Tərlan Kərimov (66 kq) tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, ilk mərhələdən azad olan həmyerlimiz 1/16 finalda rusiyalı Musa Moquşkovla qarşılaşıb.
Həmyerlimiz Bakı vaxtı ilə saat 14:12-də başlayan görüşdə qələbə qazanıb. Belə ki, döyüşün əsas vaxtında idmançılar hərəyə 1 yuko fəndi işlətdiklərindən qalib əlavə vaxtda müəyyənləşib. Burada isə ilk fənd işlədən İlqar növbəti mərhələyə adlayıb.
O, növbəti mərhələdə Əhməd Avad (Misir) ilə görüşüb. Həmyerlimizin rəqibi Humayd Aldereyi (BƏƏ) ipponla məğlub edib. Tərlanın ikinci döyüşü saat 15:36-da başlayıb. Həmyerlimiz bu rəqibinə də heç bir şans verməyərək 2 yuko xalı ilə qalib gəlib, 1/4 finala vəsiqə qazanıb.
Kərimov yarımfinala vəsiqə uğrunda ispaniyalı Suqoi Uriarteni tatamiyə dəvət edib. Lakin döyüş cüdoçumuz üçün uğurlu alınmayıb. Bundan öncə 2 yuko ilə qalib gələn Tərlan bu dəfə özü eyni hesabla uduzub.
Buna baxmayaraq, o yarışda mübarizəni davam etdirəcək. Təmsilçimiz çempionluqla vidalaşsa da, bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.
Tərlanın 3-cü yer uğrunda ilk rəqibi Pavel Zaqrodnik (Polşa) olub. O, rəqibinə vazari ilə uduzaraq, Olimpiadanı 7-ci yerdə bitirib.
Bundan əvvəl rinqə çıxan İlqar Müşkiyev (60 kq) isə çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39