“Bakı”nın yeni baş məşqçisi: “Futbolçuları tanımığa çalışıram” - MÜSAHİBƏ
26 iyul 2012 20:02 (UTC +04:00)

“Bakı”nın yeni baş məşqçisi: “Futbolçuları tanımığa çalışıram” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis yeni vəzifəsindəki ilk günlər və komandanın qarşısında duran vəzifələr barədə danışıb.

Bandoviç Avropa Liqasındakı uğursuzluğu unutmaq və çempionatda yaxşı start götürmək məqsədilə çalışdıqlarını, komandanın hədəflərinin dəyişmədiyini dilə gətirib.

- Komandaya yeni gəlmisiniz. Adaptasiya prosesi nece keçir, bu amil çətinlik yaratmır ki?

- Həqiqətən də hələlik komanda ilə az vaxt keçirmişəm. Oyunçuları tanımığa çalışıram. Uyğunlaşma ilə bağlı heç bir problem yoxdur. Biz işimizə davam edirik. Məncə, heç bir problem olmamalıdır.

- Avropa Liqasından sonra komandada psixoloji gərginlik var?

- Təbii ki, biz komandanın Avroliqada bu cür çıxışını gözləmirdik. Amma belə olan vəziyyətdə biz gərək güclü olaq. İndi əsl gücümüzü göstərib, çətin vəziyyətdən çıxmalıyıq. Bu sözlər tək komandaya yox, mənə və klubda çalışan hər kəsə aiddir. İddialı olub sonra uğursuzluq yaşayanda hamı deyir ki, bu, məşqçinin günahındır. Fərqi yoxdur, komanda udacaq və ya uduzacaq, mən çalışacam ki, sabitlik olsun. Biz bunun üçün əlimizdən gələni edəcəyik. Komandada stabillik yaratmaq mənim əsas məqsədimdir.

- Yeni mövsümdə “Bakı”dan nə gözləmək olar? Qarşıya qoyulan minimum və maksimum vəzifələr hansılardır?

- Əvvəlcə klubun prezidenti ilə görüşməliyəm və bu barədə müzakirə aparmalıyıq. Hər bir məşqçi çalışır ki, komandası üçün əlindən gələni etsin. Hər məşqçinin öz üslubu var. Yalnız onu deyə bilərəm ki, çox iş görməliyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar