“Neftçi” İspaniya millisi və “Barselona” dərslərindən bəhrələnib” – MÜSAHİBƏ
AFFA İcraiyyə Komitəsinin üzvü, “SOCAR Energy Georgia” şirkətinin direktoru Mahir Məmmədovun “Zestafoni” və “Neftçi” komandaları arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünü izləmək üçün Gürcüstana ezam olunmuş Lent.az-ın əməkdaşına müsahibəsi
- Oyun sizdə necə təsir bağışladı?
- Əfsuslar olsun ki, “Neftçi” ilk dəqiqələrin təzyiqinə davam gətirə bilmədi. Bir qədər çaşqınlıq oldu. Məhz erkən qol buraxma təhlükəsindən daha çox ehtiyatlanırdıq. Lakin tezliklə “Neftçi” özünü ələ aldı və oyuna nəzarət etməyə başladı. Artıq birinci hissənin ikinci yarısı və ikinci hissə tamamilə komandamızın nəzarəti altında idi. Futbolçularımız topla gözəl davranış nümayiş etdirirdilər. Görürdüm ki, topla belə davranış gürcüstanlı azarkeşlərin də xoşuna gəlirdi. Bu, “Barselona” və İspaniya milli komandasının dərsləridir. “Neftçi” də bu dərslərdən özünəməxsus formada bəhrələnib. Bir çox məqamda komandamız İspaniya klubu və yığmasınınkına oxşar oyun sərgiləyirdi.
- Matçı Gürcüstan Futbol Federasiyasının və Gürcüstan klublarının rəsmiləri ilə birgə izlədiniz. Gürcüstanda fəaliyyət göstərən qurumun rəhbəri kimi yerli futbol funksionerlərindən özünüzə qarşı hansı münasibəti hiss edirdiniz?
- Rəhbərlik etdiyim “SOCAR Energy Georgia” Gürcüstan Futbol Federasiyasının baş sponsorudur. Hiss edirdim ki, bu federasiya rəsmilərinin mənə nəzərləri və diqqəti bir qədər fərqli idi. Amma biz azərbaycanlıyıq və öz komandamızın qələbəsini arzulayırdıq. Burada böyük azarkeş qrupumuz var. Həm SOCAR-da çalışanlar, həm azərbaycanlı soydaşlarımızdan “Neftçi” tərəfdarları, həm də Bakıdan gələn fanatlar böyük dəstək verirdilər.
- Gürcüstanlı azarkeşlər özlərini çox çılğın aparırdılar...
- Allaha çox şükür ki, heç bir problem olmadı. Təhlükəsizlik xidməti və təşkilatçı qurumlar öz işlərini sonadək çox yaxşı yerinə yetirdilər.
- Azərbaycan və Gürcüstan futbolunu müqayisə etdikdə, hansının daha üstün durumda olduğunu deyə bilərsiniz?
- Əlbəttə, Azərbaycan futbolu Gürcüstandakından üstündür. Bu, neçə illərdir ki, özünü açıq-aşkar büruzə verir. Xüsusən, klub səviyyəsində xeyli irəlidə olduğumuzu qeyd edə bilərəm. “Neftçi” və “Zestafoni” arasındakı görüş də bunu nümayiş etdirdi. “Zestafoni”nin oyunun müqəddəratını öz xeyrinə həll etmək şanslarındansa “Neftçi” qələbəyə daha layiq idi. Yığma komandalar səviyyəsində fikirlər müxtəlif olsa da, klub futbolu Azərbaycanda çox irəli gedib.
- Qarşıda “Neftçi”ni İsrailin Kiryat Şmona şəhərini təmsil edən “Hapoel”lə oyun gözləyir. Sizcə, Azərbaycan çempionu bu rəqibi də üstələyə bilərmi?
Məncə, bu oyunla “Neftçi” İsrail “Hapoel”ini də keçə bilər. Kiminlə oynamağımızdan asılı olmayaraq, həmişə qələbəyə inanmalıyıq.
Elşən MƏMMƏDOV

652