Avropa Liqası: Azərbaycan klubları qol döyüşünə çıxır
Lent.az-ın məlumatına görə, hər iki komandamız səfərdə oynayacaq.
Əvvəlcə “İnter” Yunanıstanda “Asteras”ın qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlanacaq görüşü Lars Kristoffersenin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək. Matç Tripolis şəhərindəki “Astreras Tripolis” stadionunda baş tutacaq.
Saat 23:00-da isə “Xəzər Lənkəran” Polşada “Lex”lə üz-üzə gələcək. Bolqarıstanlı referi Stanislav Todorovun idarə edəcəyi oyun Poznandakı “Municipial Arena”da keçiriləcək.
Qeyd edək ki, həm “Xəzər Lənkəran”, həm də “İnter” bir həftə öncə ev oyunlarından 1:1 hesablı heç-heçə ilə ayrılıblar. Hər iki komanda hesabı birinci açsa da, qələbəni əldən verib. Cavab görüşündə klublarımıza ilk növbədə qol vurmaq, sonra isə 2:2-dən başlayaraq, məhsuldar heç-heçə və ya qələbəyə nail olmaq lazımdır.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04