Türkiyə yığmasının futbolçusu “Rubin”də
26 iyul 2012 16:13 (UTC +04:00)

Türkiyə yığmasının futbolçusu “Rubin”də

Rusiyanın “Rubin” klubu Türkiyə milli komandasının və Almaniya “Hamburq”unun futbolçusu Gökhan Törə ilə müqavilə bağlayıb. Lent.az-ın Kazan klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 20 yaşlı yarımmüdafiəçi 55 nömrəli formada çıxış edəcək.

Onunla 4 illik anlaşma əldə olunub. Maliyyə şərtləri açıqlanmasa da, mətbuatda “Kazan”ın 6 – 7 milyon avrosundan keçdiyi yazılıb.
Qeyd edək ki, Gökhan Törə 1999 – 2003-cü illərdə oynadığı Almaniyanın “Adler” klubunun yetirməsidir. Sonradan o, 2009-cu ilədək “Bayer”in, 2011-ci ilədək İngiltərənin “Çelsi” komandasının şərəfini qoruyub. “Hamburq”da son 2 mövsümdə çıxış etmiş Törə ötən ildən Türkiyə yığmasına çağırılıb və “ay-ulduzlu” formada 9 oyuna çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar