“Zestafoni”nin prezidenti: “Estafeti “Neftçi”yə verdik” – MÜSAHİBƏ
Gürcüstanın “Zestafoni” klubunun prezidenti İlya Kokayanın futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşündən sonra Lent.az-ın oyuna ezam olunmuş müxbirinə müsahibəsi
- Ötən mövsümlə müqayisədə “Zestafoni” elə ilk cəhddəcə “Neftçi”yə yenilərək, mübarizəni dayandırdı. Bununla bağlı nə düşünürsünüz?
- “Neftçi”ni təbrik edirəm. Çünki növbəti mərhələyə layiqli vəsiqə qazandı. Hətta iki oyunun nəticəsi də sizin komandanın üstünlüyünü göstərir.
- Siz ötən mövsüm Avropa kuboklarında daha yüksək səviyyədə çıxış edirdiniz...
- Bəli. İndi isə aşağı səviyyədəyik. Bu, həlledici amildir.
- Bu uğursuzluqdan hansısa nəticə çıxaracaqsınız?
- Mütləq.
- Baş məşqçiniz Georgi Çiabrişvilini istefaya göndərməyiniz mümkündür?
- Baş məşqçinin məsələyə aidiyyatı yoxdur. Vəzifəsindən kənarlaşdırılma məsələsi olsa, özüm gedərəm. Çiabrişvili postunda qalacaq.
- Heyətinizdə cəmi bir legioner var, qalanları isə gürcüstanlı futbolçulardır. Bu, nə ilə əlaqədardır?
- Bu, mənim səhvimdir.
- Bəlkə elə mübarizəni erkən dayandırmağınıza elə bu amil səbəb oldu?
- İndi görürəm ki, bəli, təsir göstərdi. Gürcüstanda yüksək səviyyəli futbolçular azdır. Azərbaycanda isə legionerlərin xidmətindən geniş istifadə olunur. O cümlədən, çempionatınızda çoxlu gürcüstanlı futbolçu çıxış edir. Sizin gözəl legionerləriniz var. 10 nömrəli futbolçunuz (Culius Vobayı nəzərdə tutur – E.M.) çox xoşuma gəldi
- “Neftçi”yə nə arzulayardınız?
- Yenə də çempionluq! Komandanız, ümumilikdə futbol infrastrukturunuz çox xoşuma gəldi. Məmnuniyyətlə Bakıya gələrək, “Neftçi”nin oyunlarına azarkeşlik edəcəyəm.
- Belə nəticəyə gəlmək olarmı ki, Azərbaycan çempionatı səviyyəcə Gürcüstandakından üstündür?
- Xeyr, belə bir nəticə çıxarmırıq. Çünki bir oyun heç nəyi göstərmir. Biz də elə tədbirlər görəcəyik ki, Gürcüstan çempionatı Qafqazda dominantlıq etsin. Bunun üçün hər şeyi edəcəyik. Səhvlərə yol verilib, yəqin ki, vəsait az olub. Bunların da məsuliyyəti tamamilə klubun sahibinin üzərinə düşür. Nəticələr çıxaracağıq. İndi isə “Neftçi”ni təbrik edirəm. Biz estafeti sizə verdik. Siz isə daha yüksək səviyyədə oynamağa borclusunuz.
- “Neftçi” ən azı Avroliqanın “pley-off” mərhələsində iştirakını təmin etdi...
- Düzdür, təmin etdi. Amma növbəti rəqibi də yenmək lazımdır. Nəyə görə də Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmayasınız?
Elşən MƏMMƏDOV

608