Yığmamızın sabiq futbolçusu Türkiyə klubunu məhkəməyə verir
Azərbaycan milli komandasının və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim yenicə müqavilə bağladığı Türkiyənin “Karşıyaka” klubundan FİFA-ya şikayət edəcək. Lent.az-ın məlumatına görə, bu barədə 31 yaşlı yarımmüdafiəçi “Doğan” agentliyinə açıqlama verib.
Ramim klubun yeni baş məşqçisi Cihan Arslanın onu Bolu şəhərinə təlim-məşq toplantısına aparmamasını səbəb göstərib: “Azərbaycanda bir komanda ilə anlaşmaq üzrə olduğum halda, “Karşıyaka” ilə müqavilə imzaladım. Bu, uşaq oyuncağı deyil. Məşqlərə başladığım gündən qaçışla kifayətlənirəm. Fiziki hazırlığa daha çox üstünlük veririk. Topa ayağımız dəyməyib. Bu halda maraqlıdır, baş məşqçimiz mənim zəif futbolçu olduğumu necə anlayıb? Ortada rəsmi müqavilə var. Bu məsələni FİFA çözəcək”.
“Sambaçı” “Karşıyaka”dan müqaviləsində göstərilən 200 min dolların hamısını istəməyə hazırlaşdığını da açıqlayıb: “Mən Berti Foqtsun Azərbaycan milli komandasına seçdiyi futbolçuyam. Heç kimin məni bu formada alçaltmasına icazə vermərəm”.

547